Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

16-11-2026 , 10:00

175

Son xəbərlər

Bütün xəbərlər

Bu gün onun günüdür!

Sumqayıt
15-11-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Firdövsi Calalov: “Masazır bələdiyyəsi sakinlərin hər bir müraciətinə həssaslıqla yanaşır”

Masazır bələdiyyəsi olaraq fəaliyyətimizin əsas istiqamətlərindən biri sakinlərin müraciət və təkliflərini diqqətlə dinləmək, onların gündəlik həyatında qarşılaşdıqları problemlərin həlli istiqamətində operativ və məqsədyönlü tədbirlər görməkdir. Hesab edirəm ki, yerli özünüidarəetmə orqanının uğurlu fəaliyyəti, ilk növbədə, sakinlərlə sıx əməkdaşlıqdan və onların ehtiyaclarına vaxtında reaksiya verməkdən asılıdır.

Bu günlərdə Hüseyn Cavid küçəsində yaşayan sakinlərin müraciəti bələdiyyənin iclasında ətraflı müzakirə olunub, qaldırılan məsələlərin aradan qaldırılması ilə bağlı müvafiq qərar qəbul edilib. Müraciətdə küçənin məişət tullantılarından təmizlənməsi, antisanitar vəziyyət yaradan ərazilərin qaydaya salınması, ətraf mühitin sağlamlaşdırılması və ümumi abadlığın təmin edilməsi əsas tələblər kimi önə çəkilib.

Bu fikirləri Abşeron rayonu, Masazır bələdiyyəsinin sədri Firdövsi Calalov deyib.

Sədr qedy edib ki, məsələnin həllini gecikdirmədən, qısa müddət ərzində ərazidə müvafiq işlərə başlanılıb. Görülən tədbirlər nəticəsində küçənin böyük bir hissəsi bərk məişət tullantılarından təmizlənib, antisanitar vəziyyətin aradan qaldırılması istiqamətində işlər həyata keçirilib. Eyni zamanda, sakinlər arasında ətraf mühitin qorunması, tullantıların müəyyən edilmiş yerlərə atılması və təmizliyə riayət olunması ilə bağlı maarifləndirici söhbətlər aparılıb. Küçənin uzun müddətdir yararsız vəziyyətdə olan hissəsində isə asfalt örtüyü salınaraq hərəkətin və ərazidən istifadənin daha rahat olması üçün şərait yaradılıb.

Sədr  daha sonra qeyd edib: “Biz yaxşı anlayırıq ki, abadlıq yalnız ərazinin təmizlənməsi və yolların təmirindən ibarət deyil. Bu, həm də sakinlərdə təmizlik mədəniyyətinin formalaşdırılması, ictimai məsuliyyətin artırılması və hər kəsin yaşadığı məhəlləyə sahib çıxması deməkdir. Bu baxımdan, həyata keçirilən işlərlə yanaşı, əhali ilə maarifləndirici görüşlərin davam etdirilməsini də vacib hesab edirik.

Hüseyn Cavid küçəsində görülən işlərin sakinlər tərəfindən razılıq və rəğbətlə qarşılanması bizi daha da ruhlandırır. Bu münasibət göstərir ki, sakinlərin ehtiyaclarına uyğun həyata keçirilən hər bir təşəbbüs cəmiyyət tərəfindən yüksək qiymətləndirilir.

Bir daha qeyd etmək istəyirəm ki, Masazır bələdiyyəsi bundan sonra da vətəndaş müraciətlərini diqqətdə saxlayacaq, qəsəbəmizin küçə və məhəllələrinin abadlaşdırılması, təmizliyin qorunması, yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirəcək.”

Belediyye.info






Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər