Erkən nikaha yox deyək – sağlam gələcək, güclü cəmiyyət naminə!
Uşaq hüquqları aylığı çərçivəsində Şabran Bələdiyyəsinin təşkilatçılığı ilə Şabran şəhər O. Bəşirov adına 2 nömrəli ümumi orta məktəbdə erkən nikahın fəsadları və onun qarşısının alınması mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə
erkən nikahın uşaqların hüquqlarına, təhsilinə, fiziki və psixoloji
sağlamlığına, eləcə də gələcək həyatına mənfi təsirləri barədə ətraflı məlumat
verilib.
Bildirilib
ki, erkən nikah yalnız fərdi deyil, həm də ciddi sosial problemdir. Hər bir
uşağın təhsil almaq, öz potensialını reallaşdırmaq, uşaqlığını yaşamaq və gələcəyini
sərbəst şəkildə qurmaq hüququ vardır.
Görüş
zamanı şagirdlərlə mövzu ətrafında fikir mübadiləsi aparılıb, onların sualları
cavablandırılıb və erkən nikahın yaratdığı təhlükələr diqqətə çatdırılıb.
Unutmayaq
ki, uşaqların yeri erkən nikahda deyil, məktəbdə, təhsildə və arzularının
arxasınca gedəcəkləri işıqlı gələcəkdədir!
Erkən nikahın qarşısının alınması hər birimizin məsuliyyətidir.
Şabran bələdiyyəsi
Rəylər
0 Rəy