Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

01-11-2026 , 13:59

176

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Firdovsi Calalov: "Masazır Bələdiyyəsinin qarşıdakı il üçün büdcə layihəsi müzakirə olunur"

Ab.eron rayonu, Masazır Bələdiyyəsinin növbəti il üçün büdcə layihəsi artıq hazırlanaraq müvafiq komissiyada müzakirəyə təqdim edilib. Büdcə layihəsinin müzakirəsi zamanı komissiya üzvü olan hər bir bələdiyyə üzvünün təklif və tövsiyələrinin nəzərə alınması, mövcud imkanların düzgün qiymətləndirilməsi və vəsaitlərin prioritet istiqamətlər üzrə bölüşdürülməsi əsas məsələlərdəndir.

Bu fikirləri adıçəkilən bələdiyyənin sədri Fİrdovsi Calalov deyib. Sədr daha sonra qeyd edib ki, qarşıya qoyulan hər bir məqsədin həyata keçirilməsi ilk növbədə maliyyə təminatı tələb edir. Bu baxımdan bələdiyyənin gəlir bazasının genişləndirilməsi, yerli vergi və ödənişlərin yığım səviyyəsinin yüksəldilməsi xüsusi əhəmiyyət daşıyır. Hazırda bələdiyyənin vergi xidməti bu istiqamətdə fəaliyyətini daha da intensivləşdirib. Əsas məqsədimiz vergi daxilolmalarının artırılması ilə yanaşı, vergi ödəyiciləri ilə işin düzgün təşkili, maarifləndirmə tədbirlərinin genişləndirilməsi və qanunvericiliklə müəyyən edilmiş öhdəliklərin vaxtında yerinə yetirilməsinə nail olmaqdır.

Əvvəlki illərlə müqayisədə bu gün Masazır bələdiyyəsinin inzibati ərazi daxilində mövqeyinin, ictimai nüfuzunun və fəaliyyətinə olan etimadın möhkəmləndirilməsi istiqamətində ardıcıl iş aparılır. Biz hesab edirik ki, bələdiyyənin nüfuzu yalnız görülən işlərin həcmi ilə deyil, həm də vətəndaşlarla qurulan sağlam münasibətlər, problemlərə çevik yanaşma, şəffaf fəaliyyət və üzərinə götürdüyü öhdəliklərə məsuliyyətlə yanaşma ilə ölçülür.

Kollektivimizdə formalaşan sağlam işgüzar mühit, əməkdaşlıq və məsuliyyət prinsipləri qarşıya qoyduğumuz vəzifələrin icrası üçün mühüm zəmin yaradır. Hər bir əməkdaşın öz işinə peşəkar yanaşması, ümumi məqsəd ətrafında birləşməsi və nəticəyönümlü fəaliyyət göstərməsi bizi müəyyənləşdirdiyimiz hədəflərə daha da yaxınlaşdırır:

"Əminəm ki, büdcə gəlirlərinin artırılması, maliyyə imkanlarının genişləndirilməsi və idarəetmədə səmərəliliyin yüksəldilməsi istiqamətində gördüyümüz işlər qarşıdakı dövrdə də davam etdiriləcək. Əsas hədəfimiz əldə olunan maliyyə imkanlarını Masazır sakinlərinin maraqlarına uyğun şəkildə dəyərləndirmək, bələdiyyənin səlahiyyətləri çərçivəsində yerli əhəmiyyətli məsələlərin həllinə daha böyük töhfə verməkdir" - deyə sədr qeyd edib.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər