İməclik Səfikürd bələdiyyəsinin təşkilatçılığı keçirilib
Goranboy rayonunun Səfikürd kəndində 27 Sentyabr – Anım Günü münasibətilə genişmiqyaslı iməclik təşkil olunub.
İməclik zamanı kənd qəbiristanlığının ərazisində və ətraf
yollarında təmizlik və abadlıq işləri aparılıb. Könüllülər və kənd sakinləri ərazidə
alaq otlarının təmizlənməsi, yol kənarlarının səliqəyə salınması və ümumi
abadlıq işlərində fəal iştirak ediblər.
Tədbirin keçirilməsində əsas məqsəd 27 Sentyabr – Anım
Günündə şəhidlərimizin əziz xatirəsinə ehtiram göstərmək, onların uyuduğu məkanların
daim səliqəli və abad saxlanılmasına töhfə verməkdir.
İməclik Səfikürd bələdiyyəsinin təşkilatçılığı ilə, Murad
Muradovun iştirakı və təşəbbüsü ilə həyata keçirilib. İdeya müəllifi isə Səfikürd
kəndinin axundu Elnur Cəfərov olub.
Kənd sakinlərinin birgə iştirakı ilə keçirilən bu təşəbbüs həm
də kənddə birlik və həmrəyliyin nümayişi kimi yadda qalıb. İştirakçılar
bildiriblər ki, şəhidlərin xatirəsinə ehtiram yalnız müəyyən günlərdə deyil,
daim yaşadılmalı və gələcək nəsillərə çatdırılmalıdır.
Səfikürd kəndində keçirilən iməclik bir daha göstərdi ki, kənd sakinlərinin birgə səyi ilə həm şəhidlərimizin əziz xatirəsinə ehtiram göstərmək, həm də kəndin abadlığına töhfə vermək mümkündür.
Goranboy rayonu, Səfikürd bələdiyyəsi
Rəylər
0 Rəy