Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

25-09-2026 , 20:56

109

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

İməclik Səfikürd bələdiyyəsinin təşkilatçılığı keçirilib

Goranboy rayonunun Səfikürd kəndində 27 Sentyabr – Anım Günü münasibətilə genişmiqyaslı iməclik təşkil olunub.

İməclik zamanı kənd qəbiristanlığının ərazisində və ətraf yollarında təmizlik və abadlıq işləri aparılıb. Könüllülər və kənd sakinləri ərazidə alaq otlarının təmizlənməsi, yol kənarlarının səliqəyə salınması və ümumi abadlıq işlərində fəal iştirak ediblər.

Tədbirin keçirilməsində əsas məqsəd 27 Sentyabr – Anım Günündə şəhidlərimizin əziz xatirəsinə ehtiram göstərmək, onların uyuduğu məkanların daim səliqəli və abad saxlanılmasına töhfə verməkdir.

İməclik Səfikürd bələdiyyəsinin təşkilatçılığı ilə, Murad Muradovun iştirakı və təşəbbüsü ilə həyata keçirilib. İdeya müəllifi isə Səfikürd kəndinin axundu Elnur Cəfərov olub.

Kənd sakinlərinin birgə iştirakı ilə keçirilən bu təşəbbüs həm də kənddə birlik və həmrəyliyin nümayişi kimi yadda qalıb. İştirakçılar bildiriblər ki, şəhidlərin xatirəsinə ehtiram yalnız müəyyən günlərdə deyil, daim yaşadılmalı və gələcək nəsillərə çatdırılmalıdır.

Səfikürd kəndində keçirilən iməclik bir daha göstərdi ki, kənd sakinlərinin birgə səyi ilə həm şəhidlərimizin əziz xatirəsinə ehtiram göstərmək, həm də kəndin abadlığına töhfə vermək mümkündür.

Goranboy rayonu,  Səfikürd bələdiyyəsi 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər