Günel Ağayeva: “Vətəndaş məmnunluğunun təmin edilməsi üçün bələdiyyə hər zaman sakinlərin yanındadır"
“Əldə etdiyimiz maliyyə vəsaitini sakinlərin üzləşdiyi problemlərin həllinə yönəldirik. Belə ki, bələdiyyəyə edilən hər bir müraciət bələdiyyə iclasında müzakirəyə çıxarılır və bələdiyyədən asılı olan məsələlər öz həllini tapır”- bu fikri Belediyye.infoya Qəbələ rayonu, Nohurqışlaq bələdiyyəsinin sədri Günel Ağayeva deyib.
Cari ayda görülən işlərə toxunan sədr qeyd edib ki, 12 aztəminatlı ailələrin uşaqlarına məktəbli geyim forması alınıb, bununla yanaşı Yengicə kəndində vətəndaşların dəstəyi ilə subartezian quyusu qazılması üçün bələdiyyə büdcəsindən 1000 manat ayrılıb. Habelə bələdiyyə iclasının qərarı ilə ehtiyacı olan Yengicə kənd sakini, qazi Telman Nuruyevə 100 manat, Nohurqişlaq kənd sakini Zöhrə Məhərrəmovaya 100 manat və Nohurqışlaq kənd sakini Xalid Əmiraslanova anasının yas mərasimi uçun 200 manat həcmində maddi yardim göstərilmişdir.
Sədr qeyd edib ki, vətəndaş məmnunluğunun təmin edilməsi üçün bələdiyyə hər zaman sakinlərin yanında olmaqla onların qaldırdığı məsələlərin həllinə çalışır.
Belediyye.info
Rəylər
0 Rəy