Fərid Əhmədov Yevlax şəhərində vətəndaşları qəbul edib
Ədliyyə naziri Fərid Əhmədov 3 və 4 sentyabr tarixlərində Yevlax şəhərində vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl nazir Ümummilli Lider Heydər Əliyevin abidəsini
ziyarət edib və önünə gül dəstəsi qoyub.
Qəbulda Mingəçevir, Bərdə, Tərtər, Ağcabədi və Yevlax
rayonlarından ümumilikdə 68 vətəndaşın ədliyyə fəaliyyəti ilə, eləcə də ədliyyə
orqanlarında işə qəbulla bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətlərində
qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma
tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə
baxılması ilə bağlı Nazirliyin aidiyyəti struktur qurumlarının rəhbər şəxslərinə
müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.
Rəylər
0 Rəy