Elnur Beybalayev: “Bələdiyyə ərazisində şəhidlərin xatirəsi daim əziz tutulur”
“Şabran rayonu, Ağalıq bələdiyyəsinin inzibati ərazisində hər daim şəhid və qazi ailələri, müharibə əlilləri və iştirakçılarının qayğıları daim diqqətdə saxlanılır, onların üzləşdikləri çətinliklər operativ aradan qaldırılır.
Bununla yanaşı şəhidlərin əziz xatirəsinə ucaldılmış abidələrin
saxlanılmasını da Ağalıq bələdiyyəsi olaraq daim diqqtədə saxlayırıq”- bu
fikirləri Belediyye.info adıçəkilən bələdiyyənin sədri Elnur Beybalayev deyib.
Sədr qeyd edib ki, bələdiyyənin dəstəyi ilə bu günlərdə bələdiyyənin inzibati
ərazisində olan Daşlıyataq kəndində “Şəhidlər bulağı” təmir edilərək, ərazidə
ki, bayraqlar yenilənmiş, həmçinin ərazinin işıq sistemi yenidən qurulmuşdur.
Bələdiyyə iclasının qərarı ilə həyata keçirilən bu layihənin icrasını
sakinlər razılıqla qarşılamışlar.
Sədr qeyd edib ki, kəndin ərazisində aparılan abadlıq-quruculuq işlərinə
Ağalıq bələdiyyəsi də öz dəstəyini bundan sonra da göstərəcəkdir.
Belediyye.info
Rəylər
0 Rəy