Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

02-07-2026 , 20:01

147

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Nadir Orucov: “Büdcə gəlirlərində müəyyən artım olsa da onu qənaətbəxş hesab etmirik”


“Ağsu bələdiyyəsinin cari ilin altı ay ərzində büdcə gəlirləri 23.316 manat, xərcləri 22.964 manat olub”bu fikirləri adıçəkilən bələdiyyənin sədri Nadir Orucov deyib.

Sədr bildirib ki,  2023-cü illə müqayisədə 2025-ci ildə bələdiyyənin büdcə gəlirlərində müəyyən artım olub. Ancaq  sədr bu artımı bələdiyyə olaraq qənətbəxş hesab etmir.

Rəqəmlərə toxunan sədr qeyd edib ki, 2023 -cü ildə Ağsu bələdiyyəsinin illik büdcə gəliri  59.749 manat, 2024-cü ildə 51.632 manat olduğu halda 2025-ci ildə büdcə gəliri 62.494 manat olub.

Bu gün Ağsu bələdiyyəsi təkmilləşdirilmiş BAMS proqramının verdiyi bütün imkanlardan layiqincə istifadə etməyə çalışır.

Hazırda bələdiyyənin qarşıya qoyduğu hədəf bələdiyyə ərazisində yaşayan əhalinin və sahibkarlıq obyektlərinin vergiyə cəlb edilməsidir.

Belediyye.info

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər