İlkin Kərimov: “Əvvəlki dövrdə fəaliyyətdə olmuş bələdiyyələr əmlak və torpaq vergisinin yığımına məsuliyyətlə yanaşmadıqlarından ərazilərində heç bir layihəyə imza ata bilməmişlər”
“Masallı rayonu, Təklə bələdiyyəsi yarandığı gündən öz fəaliyyətini “Bələdiyyələrin
statusu” haqqında Qanuna uyğun olaraq müəyyən uğurlara imza atıb”-
bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri İlkin Kərimov deyib.
Bələdiyyələrin
birləşdirilməşdirilməsi zamanı hazırda Təklə
bələdiyyəsi vaxtı ilə Çaxırlı və Təklə bələdiyyələrinin əhatə etdiyi Bala Təklə,
Çaxırlı, Xoşçobanlı, İmanlı, Kəlbəhüseynli, Ləngan, Mollahəsənli, Sarıcəfərli,
Sığıncaq və Təklə kəndlərini özündə birləşdirib.
Sədr qeyd edib ki, birləşdirmə zamanı əvvəlki bələdiyyələrin müvafiq təşkilatlara,
xüsusəndə DSMF-a 16.000 manat borc var idi. Təəsüf ki, əvvəlki dövrdə fəaliyyətdə
olmuş bələdiyyələr əmlak və torpaq vergisi yığımına məsuliyyətlə
yanaşmadıqlarından, nəticədə ərazidə heç bir layihəyə imza ata bilməmişlər.
Bu gün bələdiyyədə qurulmuş düzgün iş proqramının nəticəsi olaraq Təklə bələdiyyəsi
2026- cı ilin 1-ci rübün yekunlarına görə 2025- ci ilin 1-ci rübü ilə müqayisə
də vergi yığımına görə respublikada kənd bələdiyyələri arasında 4-cü yerdə olub.
Bu dövr ərzində əvvəlki bələdiyyələrdən qalan
16000 min manat borc müvafiq təşkilatlara ödənilmiş və hal-hazırda heç
bir təşkilata borcu yoxdur.
Bələdiyyənin fəaliyyəti müddətində daima şəhid ailələri və az təminatlı ailələrlə
əlaqə saxlanılıb və onların hər hansı problemlərinin həllində yaxından iştirak
edib.
Şəhid və az təminatlı ailələrə 3.250 manat yardım edilmiş, “Qurban bayramı “
nda 22 şəhid və az təminatlı ailəyə qurban payı verilmişdir.
Ərazidə daima abadlıq işləri görülür, küçələrin təmizlənməsi, yol kənarlarının alaq
otlarından təmizlənməsi və eləcə də ərazidəki qəbirəstanlıqların təmiz
saxlanması gündəlik iş proqramımıza daxil olan işlərdəndir.
Sədr qeyd edib ki, bələdiyyənin təşəbbüsü ilə kəndlərdə yaradılan xeyriyyə cəmiyyətləri işlərin
yerinə yetirilməsində daima yardımçımız olur.
Bu gün ayri-ayrı adamlar tərəfindən müxtəlif dovrlədrdə zəbt edilərək istifadə
edilən bələdiyyə mülkiyyətinə daxil olan
kənd təsərrufatı təyinatlı torpaqlar zəbtdən azad edilərək hərrac
qaydasında icarəyə verilməsi üçün ilkin sənədləşmə işlərinə başlanılmışdır.
Eyni zamanda yaşayış məntəqələri
torpaqlarına aid kəndin perspektiv inkişafı üçün nəzərdə tutulan 0,90 ha torpaq
sahəsi zəbtdən azad edilərək fərdi yaşayış evlərinin tikintisi məqsədilə
ehtiyacı olan sakinlər üçün həyətyanı torpaq sahəsi kimi verilməsi üçün ilkin sənədləşmə
işlərinə başlanılmış, 4 həyətyanı torpaq sahəsinin sənədləşmə işi başa
çatdırılmışdır.
“Şəhərsalma və Memarlıq ili” elan edilməsi ilə
bağlı Təklə bələdiyyəsi hazırladığı “Tədbirlər planı”nın icrası ilə bağlı işləri daima yerin yetirilməsi üçün işlər
görür və tədbirlər proqramına uyğun olaraq işlərini davam etdirir.
İlkin Kərimov sonda qeyd edib ki, məqsədimiz sakinlərimizin sosial rifahının
yaxşılaşması üçün daima çalışmaq və bu məqsədlə
onların yanında olmaqdır.
Belediyye.info
Rəylər
0 Rəy