Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

14-06-2026 , 17:55

86

Son xəbərlər

Bütün xəbərlər

Sədr qəbul keçirib

Region
12-06-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Belə əziz bir gündə hər birinizi  milli dəyərlərimizin qorunmasına çağırıram: BƏLƏDİYYƏ SƏDRİ YAZIR


Sizi 15 İyun – Milli Qurtuluş Günü münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, firavanlıq və uğurlar arzulayıram.

Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsi olan Milli Qurtuluş Günü dövlətçiliyimizin xilası, sabitliyin və inkişafın başlanğıcı kimi tariximizə həkk olunmuşdur. Ulu Öndər Heydər Əliyevin dediyi kimi: “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycan xalqına xidmət etməkdən ibarət olubdur.” Məhz onun uzaqgörən siyasəti nəticəsində ölkəmiz parçalanmaq təhlükəsindən xilas olmuş, müasir və qüdrətli Azərbaycan dövlətinin əsası möhkəmləndirilmişdir.

Bu gün həmin siyasi kurs Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Biz güclü dövlət qurmuşuq və bu dövlətin gələcəyi çox parlaqdır.”

Milli Qurtuluş Gününün ərəfəsində hər bir vətəndaşımızı bir daha həmrəyliyə, dövlətimizə sədaqətə və milli dəyərlərimizin qorunmasına çağırır, əziz xalqımıza davamlı sülh, əmin-amanlıq və yeni nailiyyətlər arzulayıram.

Bayramınız mübarək...

İsmayıl Rəsulov

Ağcabədi bələdiyyəsinin sədri.

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər