Sədr: “Bu əməkdaşlıq şəhərimizin inkişafına mühüm töhfə verəcəkdir”
“Mingəçevir Dövlət Universiteti ilə Mingəçevir Bələdiyyəsi arasında Əməkdaşlıq Memorandumu imzalanıb. İnanıram ki, bu əməkdaşlıq şəhərimizin inkişafına, gənclərimizin bilik və bacarıqlarının artırılmasına, eləcə də yerli idarəetmədə innovativ yanaşmaların tətbiqinə mühüm töhfə verəcək”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri Anar İsmayılov deyib.
Sədr özünün sosial media platformasındaki profildə daha
sonra qeyd edib ki, Memorandum çərçivəsində tələbələrin bələdiyyədə təcrübə
keçməsi, birgə elmi-tədqiqat işlərinin aparılması, sosial layihələrin həyata
keçirilməsi, könüllülük fəaliyyətinin genişləndirilməsi və müxtəlif istiqamətlər
üzrə əməkdaşlığın qurulması nəzərdə tutulur.
Gənclərin potensialından daha səmərəli istifadə olunması,
elm və təcrübənin vəhdəti, şəhərimizin gələcəyinə xidmət edən təşəbbüslərin dəstəklənməsi
bizim üçün prioritet məsələlərdəndir.
Sədr əmindir ki, Mingəçevir Dövlət Universiteti ilə qurulan bu tərəfdaşlıq həm şəhərimiz, həm də gənclərimiz üçün yeni imkanlar yaradacaq və uğurlu nəticələrlə yadda qalacaq.
Belediyye.info
Rəylər
0 Rəy