Qüdrət Kazımov: “Niyyətimiz BAMS proqramının verdiyi bütün imkanlardan istifadə etməklə böyük uğurlara imza atmaqdır”
“Bu gün İsmayıllı bələdiyyəsinin əsas vəzifəsi BAMS proqramında olan boşluqları aradan qaldırmaq, veri uçot-sistemində əvvəlki illərdə mövcud olmuş təkrarçılıq hallarını aradan qaldırmaqla bu sistemi daha aktiv bir vəziyyətə gətirməkdir. Nəzərə alaq ki, növbəti ildə vətəndşalara bildirişlər onlayn qaydada göndəriləcək, demək vergi xidməti fəaliyyətinə daha məsuliyyətlə yanaşmalı mövcud olmuş çatışmazlıqlaırı sürətlə aradan qaldırmalıdırlar.”- bu fikirləri Belediyye.infoya İsmayıllı bələdiyyəsinin sədri Qüdrət Kazımov deyib.
Sədr qeyd edib ki, son iki ilin beşaylıq büdcə gəlirlərinə diqqət yetirsək vergi xidmətinin əldə etdiyi uğurları aydın şəkildə görmək mümkündür. Bu uğurun əldə edilməsində kollektivin hər bir üzvünün öz töhfəsi var.
Əldə
olunan rəqəmlərə diqqəti çəkən sədr bildirib ki, 2024-cü ilin ilk beş ayı ərzində
49.745 manatlıq vergi yığılmışdısa, bu rəqəm cari ildə 66.054 manat olub.
2024-cü illə müqayisədə torpaq vergisində 56 faizlik, əmlak vergisində isə 49 faizlik artım müşahidə olunub. Ötən ildəki azalmalar əsasən seçki prosesi zamanı
aparılan birləşdirmələrlə bağlı olub.
Sədr qeyd edib ki,
2024-cü ilin ilk beş ayı ərzində ümumi olaraq əldə olunan 49.745 manat vəsaitin, 13.083 torpaq
vergisindən, 21.117 manatı əmlak vergisindən,
5.641 manatı bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən, 9.233
manatı bələdiyyə mülkiyyətinin icarəsindən, 671 digər istiqamətlərdən daxil olub.
2025- cü ilin ilk beş ayı ərzində ümumi olaraq əldə
olunan 30.704 manat vəsaitin, 8.066
torpaq vergisindən, 13.142 manatı əmlak vergisindən, 4.093 manatı bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən,
5.043 manatı bələdiyyə mülkiyyətinin icarəsindən, 360 manatı isə digər istiqamətlərdən daxil olub.
2026- cü ilin ilk beş ayı ərzində ümumi olaraq əldə olunan 66.054 manat vəsaitin, 20.083 torpaq vergisindən, 31.423 manatı əmlak vergisindən, 14.137 manatı bələdiyyə mülkiyyətinin icarəsindən, 105 digər istiqamətlərdən daxil olub. Cari ilin ilk beş ayı ərzində bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən yerli büdcəyə hər hansı vəsait daxil olmayıb.
Göründüyü kimi, əmlak vergisindəki artım 49, torpaq
vergisində isə 56 faizlik artım olub.
Sədr İsmayıllı bələdiyyəsinin yığım potensialı böyükdür. Bu gün əsas niyyətimizin təkmilləşdirilmiş və yenilənmiş BAMS proqramının verdiyi bütün imkanlardan istifadə etməklə böyük uğurlara imza atmaqdır. Hazırda bələdiyyənin vergi xidmətinin əməkdaşları qarşılarına qoyulan bu vəzifənin öhdəsindən gəlmək çün var qüvvələri iilə çalışırlar. Sözsüz ki, büdcə gəlirlərimizi artırmaqla həm də vətəndaş məmnunluğunu təmin etmiş oluruq.
Belediyye.info
Rəylər
0 Rəy