Elvin Yusubov: “Bələdiyyədə yaradılmış işçi qrupunun rəyinə əsasən təmir işləri ehtiyac olan kənddaxili yollarda aparılması nəzərdə tutulub”
“Muxax bələdiyyəsi olaraq hər zaman sakinlərin yanındayıq”-bu fikirləri Zaqatala rayonu, Muxax bələdiyyəsinin sədri Elvin Yusubov deyib.
Sədr Belediyye.infoya açıqlamasında bildirib ki, kənd ərazisində 06.06.2026-cı il tarixində axşam saatlarında baş vermiş qeyri sabit hava şəraiti nəticəsində güclü külək, leysan yağışı ilə dolu düşmüş, kənd daxili ara yollarında əsasən dağ dibi yollarda hərəkət çətinləşmişdi. Bələdiyyə olaraq dərhal müvafiq qurumlarla əlaqə yaradaq əraziyə texnika cəlb edilərək təmir işlərinə başlanmışdır. Bununla bağlı bələdiyyədə yaradılmış işçi qrupunun rəyinə əsasən təmir işləri ehtiyac olan hər bir kənddaxili yollarda aparılması nəzərdə tutulub.
Belediyye.info
Rəylər
0 Rəy