Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

10-06-2026 , 08:59

240

Son xəbərlər

Bütün xəbərlər

Şuşa rayonunun demoqrafik vəziyyəti haqqında

Gündəlik Xəbərlər
09-06-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Murad Muradov: “Vergi ödəyicillərindən xahişimiz odur ki…”


“Əsas məqsədimiz seçicilərimizə verdiyimiz sözü tutmaqdır. Bunun üçün  bələdiyyənin kollektivi var gücü ilə çalışır və hər zaman sakinlərin qaldırdığı məsələlərin həllinə diqqətlə yanaşır”- bu fikirləri Belediyye.infoya Goranboy rayon Səfikürd bələdiyyəsinin sədri Murad Muradov deyib.

Sədr qeyd edib ki, bu günlərdə Səfikürd ərazi icra nümayəndəliyi ilə birgə  Səfikürd qəbiristanlığında iməclik təşkil olunub. İməcilikdə hər iki kollektivin üzvləri, kənd sakinləri, könüllülər iştirak edib. Qəbirstanlıq ərazisi alaq otlarından, digər məişət tullantılarından tənmizləndi, giriş qapısında  təmir işləri aparılaraq işlək vəziyyətə gətirildi. Bununla yanaşı  Səfikürd bələdiyyəsi və Səfikürd ərazi icra nümayəndəliyinin təşkilatçılığı ilə bir qrup kənd sakinlərinin dəstəyi ilə kənd qəbiristanlığında olan  “Şəhidlər xiyabanı”na gedən yola çınqıl verilərək hamarlanma işləri aparılıb.

Səfikürd bələdiyyəsi bundan sonra da seçicilərinin qaldırdığı məsələlərin həllinə diqqətlə yanaşacaq. Vergi ödəyicillərindən xahişimiz odur ki, vergilərini vaxtında ödəsinlər ki, bizdə bələdiyyə olaraq onların qadırdığı problemlərin həllinə səy göstərə bilək.

 Belediyye.info




 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər