Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

21-05-2026 , 23:14

153

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Şirvan bələdiyyəsinin üzvü yeni vəzifəyə təyinat alıb

Gənclər idman naziri Fərid Qayıbovun müvafiq əmri ilə Şirvan bələdiyyəsinin fəal üzvlərindən olan Aytac Əliyeva Şirvan şəhər  “Gənclər Evi” Sosial Xidmətlər Mərkəzinin direktoru vəzifəsinə təyin olunub.  

Bu münasibətilə Şirvan bələdiyyəsində  Aytac Əliyevanın iştirakı ilə görüş keçirilib. Görüşdə Şirvan bələdiyyəsinin sədri İlham Səfərov çıxış edərək xanım bələdiyyə üzvünü bu təyinat münasibəti ilə təbrik edib.

Sədr qısa zaman kəsiyində üzv kimi bələdiyyənin fəaliyyətinə öz töhfəsini verən Aytac Əliyevaya yeni işində uğurlar arzulayıb.

İlham Səfərov  görüşdə xanım bələdiyyə üzvünün öz bilik və bacarığı, təşəbbüskarlığı və məsuliyyətli fəaliyyəti ilə gənclərlə iş sahəsində mühüm nailiyyətlər əldə edəcəyinə, gənclərin inkişafına və dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsinə biundan sonra da  layiqli töhfələr verəcəyinə inandığını qeyd edib.

Qeyd edək ki, görüşdə bələdiyyənin sədr müavinləri, üzv və qulluqçuları iştirak edərək xanım bələdiyyə üzvünə yeni işində xoş arzularını çatdırılblar.

Görüş çay süfrəsi arxasında davam edib və sonda xatirə şəkil çəkilb.

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər