İradə Ağayeva: “Görüş zamanı kənd sakinlərini narahat edən məsələlər müzakirə edilmişdir”
“Vətəndaşlarla birbaşa təmasda olmaq, görüşlər keçirmək, onları dinləmək, üzləşdikləri çətinlikləri aradan qaldırmaq hər bir yerliözünüidarəetmə orqanının əsas vəzifələrindən biri olmalıdir” -bu fikirləri Masallı rayonu, Hişkədərə bələdiyyəsinin sədri İradə Ağayeva deyib.
Sədr qeyd edib ki, məhz bu məqsədlə bələdiyyə mütəmadi
olaraq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlilıklərinin iştirakı ilə sakinlərlə görüşlər keçirir. Belə görüşlərdən biri 8 may 2026-cı il tarixində Masallı Rayon
İcra Hakimiyyətinin Tüklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və
Hişkədərə bələdiyyəsinin sədrinin təşkilatçılığı ilə Məmmədoba kəndində keçirilmişdir.
Görüş zamanı kənd sakinlərini narahat edən məsələlər müzakirə edilmiş,
müvafiq təkliflər və mövcud vəziyyətlə bağlı qeydlər götürülmüşdür. Eyni
zamanda, şəhidlərin məzarları ziyarət olunmuşdur.
Sədr əlavə edib ki, 2025-ci il yanvar ayında keçirilən bələdiyyə
seçkilərindən sonra Miyanku və Tüklə bələdiyyələri
Hişkədərə bələdiyyəsinə birləşdirildiyindən bələdiyyənin əhatə etdiyi kəndlərin sayı səkkizə çatıb. Hazırda bələdiyyənin inzibati ərazisinə
Birinci Tiyaqanı, Hişkədərə, Kubin, Məmmədoba, Mişkəmi, Miyanku, Nəzəroba və
Tüklə kəndləri daxildir. Kəndlərin sayı artdıqca seçicilərin də sayı artıb və
bu da yeni formalaşdırılan bələdiyyənin məsuliyyətini bir qədər də artırmışdır.
Belediyye.info
Rəylər
0 Rəy