Bu rayon bələdiyyələrində ən çox artım əmlak və torpaq vergisində olub
Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2025-ci ildə Şəmkir rayonunda formalaşan 17 bələdiyyənin büdcə gəliri 1.256.900 manat olub. Bu 2024-ci llə müqayisədə 20.6 faiz artıq deməkdir. 2024-ci ildə isə 42 bələdiyyənin 1.041.800 manat büdcə gəliri olub.
Əldə edilən
gəlirin 30.2 faizi vergilərdən, 69.8 faizi isə rüsumlardan olub. Büdcə gəlirinin
11.5 faizi torpaq, 18.7 faizi əmlak vergisindən daxil olub.
Il ərzində
144.600 manatlıq torpaq vergisi, 234.900 manatlıq əmlak vergisi əldə edilib. Ümumiyyətlə,
ötən il Şəmkir bələdiyyələrində ən çox artım torpaq vergisində 48.5 faiz və əmlak
vergisində 43.7 faiz olub.
Şəmkir bələdiyyələrinin
büdcə gəlirinin 53.6 faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən
və istifadəyə verilməsindən daxil olub.
Bələdiyyə əmlakının
özgəninkiləşdirilməsindən Şəmkir bələdiyyələrinə ötən il 6362.100 manat vəsait daxil olub.Bu da
ötən illə müqayisədə cəmi 1.6 faiz çox deməkdir.
İl ərzində Şəmkir
bələdiyyələrinə 167 min manat dotasiya ayrılıb. Mehmanxana, turizm,
kurort-sanatoriya xidmətlərindən bələdiyyə
büdcəsinə 1000 manat, bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində
stasionar və ya səyyar ticarətdən 26.800
manat, avtodayanacaqlardan 100 manat
maliyyə vəsait daxil olub.
Bələdiyyə
mülkiyyətində olan müəssisə və təşkilatlardan mənfəət vergisindən, habelə daşınmaz
əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsindən bələdiyyə büdcəsinə hər hansı maliyyə vəsaiti daxil olmayıb.
Belediyye.info
Rəylər
0 Rəy