Bu şəhərdə görkəmli oftalmoloqa həsr olunmuş tədbir keçirilib
28 aprel 2026-cı il tarixində Şabran rayon Heydər Əliyev Mərkəzi tərəfindən görkəmli oftalmoloq Akademik Zərifə
xanım Əliyevanın anadan olmasının 103 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Yeni Azərbaycan
Partiyası Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov, Şabran rayon İcra
Hakimiyyəti Başçısının müavini Natəvan Mustafayeva, Şabran şəhər Bələdiyyəsinin
sədri Fidan Fərzəliyeva, Şabran rayon Mərkəzi xəstəxanasının baş həkimi Kəmalə
Süleymanova, idarə və müəssisə və təşkilat
rəhbərləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Şabran rayon Heydər Əliyev Mərkəzinin
direktoru Təvəkgül Əliyev açaraq
bildirdi ki, Zərifə xanım Əliyevanın Azərbaycanda geniş yayılmış göz xəstəliklərinə
qarşı apardığı tədqiqatlar, bu sahədə ixtisaslı kadrların yetişdirilməsi
istiqamətində gördüyü işlər onun elmə verdiyi töhfələrin yalnız bir hissəsidir.
Zərifə Əliyeva yalnız bir alim, həkim və müəllim kimi yox, həm də ailəsi, çevrəsi
və ölkəsi üçün dəyərli bir insan olaraq qəlblərdə əbədi iz buraxmışdır. Onun
elmi irsi bu gün də Azərbaycan tibb elminin dəyərli mənbələrindən biri kimi öz
aktuallığını qoruyur.
Yeni Azərbaycan
Partiyası Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov çıxış edərək bildirdi
ki, Zərifə xanım Əliyeva müasir müstəqil Azərbaycan dövlətinin qurucusu,
Ümummilli Lider Heydər Əliyevin ömür-gün yoldaşı, Azərbaycanı tarixi Zəfərinə
qovuşduran, adını çoxəsrlik tariximizə qalib Sərkərdə kimi qızıl hərflərlə
yazdıran Prezident, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin anasıdır. Zərifə
xanım Əliyevanın ən böyük mükafatı xalqın sevgisidir. Zərifə xanım Əliyeva uzun illər respublikanın
ondan artıq iri sənaye müəssisələrində genişmiqyaslı elmi-tədqiqat işləri
aparmışdır. Görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat
işlərinin uğurlu nəticələrinə görə akademik Zərifə Əliyeva keçmiş SSRİ-nin
oftalmologiya sahəsində ən mötəbər mükafat olan SSRİ Tibb Elmləri
Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüşdür. İnsanlara nur bəxş
edən Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir.
Zərifə xanım milli oftalmologiyanın inkişafını müasir tələblərə cavab verən
oftalmoloji mərkəzin yaradılmasında, öz ixtiralarını, kəşflərini beynəlxalq
arenaya çıxara bilən yüksəkixtisaslı kadrların hazırlanmasında, dünya
oftalmologiya elminə inteqrasiyada görürdü. Bütün mənalı həyatı boyu yorulmaq
bilmədən çalışan, elmin sirlərinə dərindən yiyələnmək üçün səylərini artıran,
daim yeniliyə maraq göstərən Zərifə xanımın həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq
məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə
göstərdiyi diqqət, fəal həyat mövqeyi ona həmkarlarının, yetirmələrinin və xəstələrinin
dərin hörmətini qazandırmışdır. Dövlətimizin başçısı Cənab İlham Əliyev görkəmli
oftalmoloq-alim Zərifə xanım Əliyeva haqqında danışarkən “Mən çox xoşbəxtəm ki,
Zərifə xanım kimi anam olmuşdur” söyləyərək bu fikirləri də xüsusi qeyd edir:
“Onun bütün fəaliyyəti, gördüyü bütün işlər insan amilinə dayanırdı. Çünki o, həm
peşəkar həkim, eyni zamanda, çox xeyirxah insan idi və hər bir həkimdə bu iki
amil birləşməlidir. Çünki həkim peşəkar olmalıdır, insanlara xidmət göstərməlidir.
Eyni zamanda, həkim xeyirxah insan olmalıdır. Zərifə xanımın bu məsələlərlə
bağlı da fikirləri, məqalələri var idi. Həkimin etik davranışı ilə bağlı onun
çox dəyərli fikirləri olmuşdur. Hesab edirəm ki, bu fikirlər bu gün də hər bir
həkim üçün əsas olmalıdır.”
Daha sonra Şabran Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin
Laborotoriya şöbəsinin müdiri Kifayət Vidadiyeva çıxış edərək Akademik Zərifə
xanım Əliyevanın elmi yaradıcılığından, onun oftalmologiya sahəsinə verdiyi
töhfələrdən, oftalmologiya elminin inkişafındakı müstəsna xidmətlərindən bəhs
etmişdir.
Sonda görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın zəngin həyat yolunu, elmi nailiyyətlərini və tibb tariximizdəki silinməz izlərini əks etdirən videoçarx nümayiş etdirilib.
Rəylər
0 Rəy