Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

20-04-2026 , 12:54

70

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Bələdiyyə sədri:  “İrəliləyişlərimiz vergi ödəyicilərimizlə aparılan maarifləndirici söhbətlərin nəticəsidir”


“Bələdiyyə büdcə gəlirləini artırmaqla, vergi ödəyiciləri ilə əlaqələri qurmaqla yanaşı ərazidəki sahibkarlıqsubyektləri ilə əməkdaşlığa ciddi yanaşmalıdır”- bu fikirləri  Masallı rayonu Yeddioymaq bələdiyyəsinin sədri Zeynəlabdin Zeynalov deyib.

Sədrin sözlərinə görə, bu gün ərazidə fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə  işgüzar əlaqələrin nəticəsidir ki, bələdiyyə ərazisində kifayət qədər layihələr icra edilib və icra edilməkdədir.

Hazırda ərazidə məhəllədaxili yolların təmirində, məhz sahibkarların dəstəyi ilə müasir üslübda inşa edilən mərasim evinin əsaslı təmiri bələdiyyənin təşkilatçılığı ilə həyata keçirilsə də sahibkarlar da ciddə şəkildə öz dəstəklərini göstərməkdədirlər. Təhsil müəssisələrində də müəyyən təmir işlərinin aparılmasında bələdiyyə hər daim öz sözünü deyir.  

Bu gün vergi ödəyicilərimizlə aparılan danışıqların və maarifləndirici söhbətlərin nəticəsidir ki, vergi yığımında irəliləyişə nail olduğumuz kimi ,ərazidə üzləşdiyimiz problemlərin həllinə də sürətli şəkildə nail oluruq.

 Belediyye.info









Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər