Şəki regional ədliyyə idarəsi bələdiyyələri üçün seminar-təlim keçirilib
Balakən bələdiyyələri
üçün onlayn seminar-təlim keçirilib
Şəki regional ədliyyə idarəsi tərəfindən Şəki rayonunda fəaliyyət göstərən bələdiyyələrin üzvləri və qulluqçuları üçün seminar-təlim keçirilib.
Onlayn
formatda təşkil edilən seminar-təlim çərçivəsində “Qiymətləndirmə fəaliyyəti
haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri, bələdiyyə
iclaslarının keçirilməsi qaydaları və kollegiallıq prinsipi, vətəndaş-bələdiyyə
münasibətlərinin, o cümlədən vətəndaşların qəbulu işinin düzgün qurulması və bələdiyyələrin
fəaliyyətində aşkarlıq, torpaq qanunvericiliyinin tələblərinin pozulmasının
qarşısının alınmasında bələdiyyələrin rolu barədə məlumat verilib.
Həmçinin bələdiyyə
torpaqları üzərində icarə hüquqlarının alqı-satqısı zamanı qanunvericiliyin tələblərinə
riayət olunması, korrupsiyaya qarşı mübarizənin yerli özünüidarəetməyə ictimai
etimadın artırılmasında rolu, habelə bələdiyyə üzvləri və qulluqçularının etik
davranış qaydaları ilə bağlı məsələlərə toxunulub.
55 nəfər bələdiyyə
üzvü və qulluqçusunun iştirak etdiyi təlimdə müzakirə olunan mövzular üzrə bələdiyyələrin
hüquq və vəzifələri diqqətə çatdırılıb, iştirakçıları maraqlandıran suallar
cavablandırılıb və fikir mübadiləsi aparılıb
-----
Şəki
regional ədliyyə idarəsi Qax rayonunda fəaliyyət göstərən bələdiyyələrin üzvləri
və qulluqçuları üçün onlayn seminar-təlim təşkil edib.
Seminar-təlim
çərçivəsində “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının
Qanununun tələbləri, bələdiyyə iclaslarının keçirilməsi qaydaları və
kollegiallıq prinsipi, vətəndaş-bələdiyyə münasibətlərinin, o cümlədən vətəndaşların
qəbulu işinin düzgün qurulması və bələdiyyələrin fəaliyyətində aşkarlıq, torpaq
qanunvericiliyinin tələblərinin pozulmasının qarşısının alınmasında bələdiyyələrin
rolu barədə məlumat verilib.
Həmçinin bələdiyyə
torpaqları üzərində icarə hüquqlarının alqı-satqısı zamanı qanunvericiliyin tələblərinə
riayət olunması, korrupsiyaya qarşı mübarizənin yerli özünüidarəetməyə ictimai
etimadın artırılmasında rolu, habelə bələdiyyə üzvləri və qulluqçularının etik
davranış qaydaları ilə bağlı məsələlərə toxunulub.
Tədbirdə
30 nəfər bələdiyyə üzvü və qulluqçusu iştirak edib. Seminar zamanı müzakirə
olunan mövzular üzrə bələdiyyələrin hüquq və vəzifələri diqqətə çatdırılıb,
iştirakçıları maraqlandıran suallar cavablandırılıb və fikir mübadiləsi
aparılıb.
-------
Ədliyyə
Nazirliyinin Şəki regional ədliyyə idarəsi tərəfindən Zaqatala rayonunda fəaliyyət
göstərən bələdiyyələrin üzvləri və qulluqçuları üçün onlayn seminar-təlim
keçirilib.
Seminar-təlimdə
“Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri,
“Bələdiyyə iclaslarının keçirilməsi qaydaları və kollegiallıq prinsipi”, “Vətəndaş-bələdiyyə
münasibətlərinin, o cümlədən vətəndaşların qəbulu işinin düzgün qurulması və bələdiyyələrin
fəaliyyətində aşkarlıq”, “Torpaq qanunvericiliyinin tələblərinin pozulmasının
qarşısının alınmasında bələdiyyələrin rolu”, “Bələdiyyə torpaqları üzərində
icarə hüquqlarının alqı-satqısı zamanı qanunvericiliyin tələblərinə riayət
olunması”, “Korrupsiyaya qarşı mübarizə əhalinin yerli özünüidarəetməyə olan
etimadının yüksəldilməsində əsas amil kimi” və “Bələdiyyə üzvlərinin və
qulluqçularının etik davranış qaydaları ilə bağlı qanunvericiliyin tələbləri”
mövzuları müzakirə edilib.
56 nəfərin
qatıldığı tədbir zamanı mövzular üzrə qanunvericiliyin tələbləri izah olunub, bələdiyyələrin
hüquq və vəzifələri diqqətə çatdırılıb. Həmçinin iştirakçıların sualları
cavablandırılıb, maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
==========
Ədliyyə
Nazirliyinin Şəki regional ədliyyə idarəsi Balakən rayonunda fəaliyyət göstərən
bələdiyyələrin üzvləri və qulluqçuları üçün onlayn seminar-təlim keçirilib.
Seminar-təlim
“Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri”,
“Bələdiyyə iclaslarının keçirilməsi qaydaları və kollegiallıq prinsipi”, “Vətəndaş-bələdiyyə
münasibətlərinin, o cümlədən vətəndaşların qəbulu işinin düzgün qurulması və bələdiyyələrin
fəaliyyətində aşkarlıq”, “Torpaq qanunvericiliyinin tələblərinin pozulmasının
qarşısının alınmasında bələdiyyələrin rolu”, “Bələdiyyə torpaqları üzərində
icarə hüquqlarının alqı-satqısı zamanı qanunvericiliyin tələblərinə riayət
olunması”, “Korrupsiyaya qarşı mübarizə əhalinin yerli özünüidarəetməyə olan
etimadının yüksəldilməsində əsas amil kimi” və “Bələdiyyə üzvlərinin və
qulluqçularının etik davranış qaydaları ilə bağlı qanunvericiliyin tələbləri”
mövzularını əhatə edib.
41 nəfərin qatıldığı tədbir zamanı müvafiq mövzular üzrə qanunvericiliyin tələbləri izah olunub, bələdiyyələrin hüquq və vəzifələri ətraflı şəkildə diqqətə çatdırılıb. Həmçinin iştirakçıların mövzularla bağlı sualları cavablandırılıb, maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ədliyyə Nazirliyi
Rəylər
0 Rəy