Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

11-04-2026 , 12:44

157

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Bu rayonda büdcə gəlirinin 32.2 faizini yerli vergilər təşkil edib

Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2025-ci ildə

Yevlax rayonunda formalaşan  10  bələdiyyənin büdcə gəliri 950.000 manat olub. Bu 2024-ci illə müqayisədə 18.2 faiz çoxdur. Belə ki, 2024 cü ildə 29 bələdiyyənin  800.200 manat büdcə gəliri olub.

Əldə edilən gəlirin 32.2 faizi vergilərdən,67.8 faizi isə rüsumlardan olub. Büdcə gəlirinin13.7 faizi torpaq, 18.4 faizi əmlak vergisindən daxil olub. Belə ki,  130.400 manat torpaq vergisindən, 175.200 manat isə əmlak vergisindən daxil olub.

Yevlax bələdiyyələrinin büdcə gəlirinin  55.6 faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən daxil olub.

Yevlax bələdiyyələri ötən il 189.100 manatlıq torpaq satışı həyata keçiriblər. Bu da ötən illə müqayisədə 91.8 dəfə çox deməkdir.  İl ərzində Yevlax bələdiyyələrinə 100.000 manat dotasiya ayrılıb.

Yevlax bələdiyyələri bələdiyyə əmlakının icarəyə və istifadəyə verilməsindən daxil olan gəlirlərin həcmini 7 faiz geriləmə müşahidə olunub.

Belə ki, il ərzində bu maliyyə istiqamətindən bələdiyyə büdcəsinə 339.100 manat maliyyə vəsaiti daxil olub. Avtodayanacaqlardan 4.800 manat  vəsaiti daxil olub.

Mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən, bələdiyyə müəssisələrinin mənfəət vergisindən, daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsindən, bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar  və ya səyyar ticarətdən və bələdiyyə büdcəsinə hər hansı vergi daxil olmayıb.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyə sədri qəbul keçirib

Region
05-04-2026
450