Sədr müavini "Təhsildən yayınma hallarının fəsadları" mövzusunda sakinləri ilə görüş keçirib
Saatlı Bələdiyyəsinin sədr müavini və Saatlı Uşaq və Ailələrə
Dəstək Mərkəzinin sosial iş üzrə mütəxəssisi Firuzə Əliyeva "Təhsildən
yayınma hallarının fəsadları" mövzusunda icma sakinləri ilə görüş keçirib.
Görüş
Mollavaizli kənd icra nümayəndəliyinin inzibati binasında baş tutub.
Görüşdə
Saatlı bələdiyyəsinin sədr müavinləri, Mollavaizli kənd ümumi orta məktəbinin
direktoru, müəllimləri və Mollavaizli kənd İƏD-nin baş məsləhətçisi iştirak
ediblər.
Firuzə
Əliyeva mövzu ətrafında çıxışında bildirib ki, təhsil yalnız bilik əldə etmək
vasitəsi deyil, eyni zamanda insanın şəxsiyyət kimi formalaşmasının, gələcək həyatında
uğur qazanmasının və cəmiyyətə faydalı vətəndaş kimi yetişməsinin əsas şərtidir,
təhsildən yayınma isə uşağın həm gələcəyinə, həm də cəmiyyətin inkişafına mənfi
təsir göstərən ciddi sosial problemdir. Eyni zamanda bələdiyyələrin
yerli icmanın bir hissəsi kimi bu məsələdə fəal rol oynamalı, maarifləndirmə tədbirləri
keçirməli və risk qrupunda olan ailələrlə mütəmadi iş aparmalı olduğunu
bildirib.
Məktəbin direktoru təhsildən yayınma hallarının fəsadları və bu halın aradan qaldırılması yönündə atılan addımları dilə gətirib. Daha sonra digər iştirakçıların təklifləri dinlənilib və müzakirələr aparılıb.
Rəylər
0 Rəy