Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

16-03-2026 , 10:58

145

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Sədr müavini "Təhsildən yayınma hallarının fəsadları" mövzusunda sakinləri ilə görüş keçirib


 

Saatlı Bələdiyyəsinin sədr müavini və Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzinin sosial iş üzrə mütəxəssisi Firuzə Əliyeva "Təhsildən yayınma hallarının fəsadları" mövzusunda icma sakinləri ilə görüş keçirib.

Görüş Mollavaizli kənd icra nümayəndəliyinin inzibati binasında baş tutub.

Görüşdə Saatlı bələdiyyəsinin sədr müavinləri, Mollavaizli kənd ümumi orta məktəbinin direktoru, müəllimləri və Mollavaizli kənd İƏD-nin baş məsləhətçisi iştirak ediblər.

Firuzə Əliyeva mövzu ətrafında çıxışında bildirib ki, təhsil yalnız bilik əldə etmək vasitəsi deyil, eyni zamanda insanın şəxsiyyət kimi formalaşmasının, gələcək həyatında uğur qazanmasının və cəmiyyətə faydalı vətəndaş kimi yetişməsinin əsas şərtidir, təhsildən yayınma isə uşağın həm gələcəyinə, həm də cəmiyyətin inkişafına mənfi təsir göstərən ciddi sosial problemdir. Eyni zamanda bələdiyyələrin yerli icmanın bir hissəsi kimi bu məsələdə fəal rol oynamalı, maarifləndirmə tədbirləri keçirməli və risk qrupunda olan ailələrlə mütəmadi iş aparmalı olduğunu bildirib.

Məktəbin direktoru təhsildən yayınma hallarının fəsadları və bu halın aradan qaldırılması yönündə atılan addımları dilə gətirib. Daha sonra digər iştirakçıların təklifləri dinlənilib və müzakirələr aparılıb.

Saatlı bələdiyyəsi



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər