Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

13-01-2026 , 00:58

724

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Fidan Fərzəliyeva: “Şəhidlərimizin xatirəsi bizim üçün hər zaman müqəddəsdir”

 “44 günlük Vətən müharibəsinin qəhrəmanı, Şabran rayonunun igid oğlu, şəhid Şükür İlyasovun doğum günü və eyni zamanda şəhid anası Zeynəb İlyasovanın da 60 illik yubiley günüdür. Onların müqəddəs xatirəsi bizim üçün həmişə uca, əbədi və dəyərlidir”- bu fikirləri Şabran bələdiyyəsinin sədriFidan Fərzəliyeva deyib.

Sədr qeyd edib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə şəhid ailələrinə xüsusi diqqət və qayğı göstərilir, onların sosial təminatının gücləndirilməsi, hörmət və ehtiramın ən yüksək səviyyədə ifadə olunması dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Bu qayğının davamı olaraq Şabran rayonunda da şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, onların ailələrinin daim diqqətdə saxlanılması istiqamətində ardıcıl işlər görülür.

Bu əlamətdar gün münasibətilə Şabran Bələdiyyəsi olaraq keçirilən müxtəlif məzmunlu  tədbirdə iştirak edərək şəhidimizin ailəsi ilə bir araya gəldik.

Xanım Zeynəb İlyasova üçün xüsusi olaraq təşkil olunmuş yubiley mərasimində iştirak edərək ona ehtiramımızı bildirdik.

Sədr bildirib ki, şəhidimizin müqəddəs ruhunu dərin ehtiramla yad edir, onun timsalında Vətənimizin azadlığı və torpaqlarımızın bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik.

Şəhidlərimizin xatirəsi bizim üçün hər zaman müqəddəsdir və daim qəlbimizdə yaşayacaq. 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər