Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

27-11-2023 , 20:49

5297

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Gündəlik Xəbərlər
- +

Fərdi yaşayış evi tikilməmişdən öncə diqqət edilməli məqamlar


Bəzən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə cəhd edilir. Bu halda inşa edilən ev özbaşına tikinti sayılır və həmin fərdi yaşayış evinin mülkiyyət hüququ verən çıxarışla təmin edilməsi mümkün olmur. Odur ki, fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alarkən həmin torpaq sahəsi üzrə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçib-keçməməsi müəyyən edilməlidir. Əgər torpaq sahəsi üzərində hüquqlar dövlət reyestrində qeydiyyatdan keçməyibsə və hüquqlar daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməyibsə həmin torpaq sahəsinin notarial qaydada alqı-satqısı mümkün deyil. Həmçinin, torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqları kateqoriyasına və təyinatının isə həyətyanı məqsədlər üçün nəzərdə tutulmuş torpaq sahələrinə aid olub-olmaması aydınlaşdırılmalıdır.

Vətəndaşlar mülkiyyətində olan torpaq sahələrində fərdi yaşayış evinin tikintisinə başlamamışdan öncə tikiləcək fərdi yaşayış evinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanmasını təmin etməlidir. Qeyd edək ki, memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planını yalnız Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və layihələndirmə fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) almış hüquqi və ya fiziki şəxslər həyata keçirə bilərlər.

Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsasən, mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir. Belə ki, müvafiq tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti yerli icra hakimiyyəti orqanına təqdim olunur.

10 gün müddətində layihəyə dair irad təqdim edilmədikdə, tikinti işlərinə başlanıla bilər.

https://emlak.gov.az/az/news/view/8401-F%C9%99rdi-ya%C5%9Fay%C4%B1%C5%9F-evi-tikilm%C9%99mi%C5%9Fd%C9%99n-%C3%B6nc%C9%99-diqq%C9%99t-edilm%C9%99li-m%C9%99qamlar

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Yeni seçilən bələdiyyə sədrlərinə 14 qızıl tövsiyə

Gündəlik Xəbərlər
26-03-2025
1181

Nizami bələdiyyəsində görüş keçirilib

Gündəlik Xəbərlər
10-03-2025
939

Ədliyyə naziri Şəki şəhərində qəbul keçirəcək 

Gündəlik Xəbərlər
06-03-2025
1387

Yeni seçilən bələdiyyə sədrlərinin diqqətinə: CİDDİ

Gündəlik Xəbərlər
05-03-2025
1160

Emin Əmrullayev professora yüksək vəzifə verdi


Gündəlik Xəbərlər
25-02-2025
1101