Bələdiyyə sədri: “Məqsədimiz sakinlərin problemlərini öyrənməklə həllini sürətləndirməkdir”
“Hazırda bələdiyyənin ərazisi olan Çaraq, Hacıiskəndər, Təkyə və Uqah kəndlərində vergi ödəyiciləri ilə görüşlərimizi davam etdiririk”- bu fikirləri Belediyye.infoya Şabran rayonu Pirəbədil bələdiyyəsinin sədri Atabala Şeydayev bildirib.
Sədr bildirib ki, kənd sakinləri ilə xoş təəssürat yaradan görüşlər olduqca maraqlı keçir.
Bələdiyyənin üzv və qulluqçuları hər sakinə həm bələdiyyənin, həm də vergi ödəyicisi kimi sakinlərin üzərinə düşən vəzifələri yetərincə izah verir, bununla yanaşı bələdiyyə tərəfindən görüləcək işlər barədə məlumatlar paylaşılır.
Sədr qeyd edib ki, vergi ödəyiciləri ilə görüşlərimizi davam etdirəcəyik. Məqsədimiz sakinlərin problemlərini öyrənməklə həllini həm də sürətləndirməkdir.
Belediyye.info
Rəylər
0 Rəy