Yeni seçilən bələdiyyə sədrlərinə 14 qızıl tövsiyə
Cari ilin fevral ayının ortalarından başlayaraq yeni seçilən üzvlərin iştirakı ilə bələdiyyələrdə ilk iclas keçirildi. Sədr və sədr müavinləri seçildi. 681 bələdiyyə bununla da fəaliyyətə başladı. 681 bələdiyyəyə seçilən sədrlərin demək olar ki, 50 faizindən çox yeni seçilib. Artıq onların “təyinatı”ndan bir aydan artıq vaxt keçir. Yeni seçilənlərin daha həvəsli olduğunu nəzərə alsaq, demək olar ki, onlar üçün istirahət və bazar günləri olmayıb. Yəni bu günlərdə də onlar işləyiblər. Əldə etdiyimiz bəzi məqamları nəzərə alıb yeni seçilən bələdiyyə sədrlərinin diqqətinə bəzi məqamları çatdırmaq istərdim:
1) Özünüzü
oda-közə vurub çox da yormayın. İcradakılar hələ göz yumur, bir də gördünüz elə
"tələblər" qarşınıza qoydular ki, bir an içində anlaqsız vəziyyətə
düşə bilərsiniz.
2) Əsas
diqqətinizi bələdiyyənin vergi-uçot sisteminin qurulmasına yönəldin. BAMS-ın
verdiyi imkanlardan yararlanmağa çalışın. SMS Xidmətindən, QR koddan istifadəyə
diqqət edin. Əsas məqsədiniz vergini yüksəltmək olsun. Bank hesabınız
bağlıdırsa onun hansı səbəbdən bağlı olduğunu öyrənin.
3) İcradan
gələn hər tapşırığın icrasına dərhal həvəs göstərməyin. Orda çalışanların sizlərdən
başqa “yükləməyə” adamları qalmayıb. Verilən tapşırığın dərhal icrası isə,
bilin ki, növbəti tapşırığa həm də yol açacaq. Ona görə bütün hallarda tələsməyin.
Onsuzda gördüyünüz iş onların gözündə görünməyəcək.
4) Kütləvi
şəkildə işçiləri işdən azad edib özünüzü "dilə-dişə"salmayın. Hər bir
addım qanun çərçivəsində olmalıdır.
5) İcradakı
məmurların "seçdiyi" üzv və qulluqçulara çox da "volya"
verməyin. “Patron”ları işdən çıxan kimi
onlarda heç kim olacaq. O adamların əsas məqsədi bu gün ancaq sizin əleyhinizə
"donos" yazmaqdan ibarətdir.
6) Bəzi
yeni seçilmiş sədrlər artıq ucdan tutma
yeni işçiləri isə götürməklə məşğuldur. Bu işçiləri hansı yolla isə götürmələri
mənə aydındır. Amma mən istəyirəm ki, sizə də aydın olsun. Yəni, formalaşmış
büdcənin icradakı məmurun göstərişi ilə
dağıtmayın. Sabah inzibati nəzarət orqanından yoxlama gəlsə, icradakı......
Sizi xilas edə bilməyəcək. Konkret.
7) Əgər
bank hesabınız bağlıdırsa, bütün hallarda onun hansı borca görə bağlandığını
özünüz öyrənin. Belə məqamda kimisə günahkar çıxarmağın yeri yoxdur. Artıq məsuliyyətin
altına girmisiniz, demək borc varsa sizdə ödəməlisiniz. Bunun üçün vergi xidmətinin
fəaliyyətini artırmalı, BAMS-in verdiyi imkandan yararlanmalısınız. Yəni bütün
fikir borcu bağlamağa yönəlməlidir. Birmənalı olaraq. Bu məqamda icradan gələn
tapşırıqlara bacardığınız qədər yox deməlisiniz. Əks halda borc artacaq, əliniz
qolunuz bağlı qalacaq.
8) Fəaliyyətinizin
təbliğinə diqqət yetirin. Mütləq şəkildə. Mövcud vəziyyəti ictimaiyyətə
açıqlayın ki, RİH dəki məmurların da xəbəri olsun. Hər atdığınız addım, istər
görüş, istər seçicilərlə müzakirələr, istərsə də hansısa layihənin icrası öz əksini
sosial media platformalarında tapmalıdır. Və ən əsası RİH-in keçirdiyi tədbirlərdə
iştirak edirsinizsə, iştirakçılar sırasında bələdiyyənin adının yazılmasına
çalışın. Bəzi RİH-in .....məmurları bələdiyyə sözünü sıralamada yazmağa çox
"əziyyət" çəkirlər.
9) Xüsusəndə
yeni seçilmiş sədrlər RİH-dəki güvəndiklərinin hesabına sənədləşmə işinə fikir
vermirlər. Unutmayın ki, dəvədən böyük fil var. Bir gün bələdiyyəyə yoxlama təşrif
buyuran da RİH- dəki məmurlar sizi konkret olaraq elə “baqaja” qoyacaqlar ki, xəbəriniz
belə olmayacaq ki, zərbə haradan gəlib.
10) Elə
addım atın ki, səhəri günü sizi fakt qarşısında qoyub rüsvay etməsinlər. Əvəzində
desinlər ki, sağ olsun yaxşı iz qoyub. Yaxşı izi qoyun ki, hər kəsin də
yaddaşında yaxşı qalasınız.
11) Sizləri
dinləmək bacarığında olan siyasi rəhbərlə əlaqəni birbaşa özünüz yaradın və
real vəziyyətə özünüz birbaşa izah verin. RİH başçılarının bəzilərində isə nə
sizi, nə dəki vətəndaşı dinləmək
bacarığı olmadığından onlarla birbaşa əlaqəyə girib özünüzü urvatsız etməyin. Məhz
dinləmək mədəniyyəti olmayan siyasi rəhbərlərin tutduğu mövqe nəticədə regional
idarəetmənin təsis edilməsini sürətləndirəcəkdir. Ona görə narahat olmaga dəyməz. Belə olan halda bir az səbrli olun. Bəzi siyasi rəhbərlər hətta bələdiyyə sədrlərini yaxına buraxmağı özlərinə
sığışdırmasalar da, nədənsə sədrlərdən
“umub küsməyi” yaxşı bacarırlar. Hətta icra başçısı ilə görüşmək üçün bir neçə
“baryerin” yaradılması ümumiyyətlə biabirçılıqdı. Bu mərhələnin isə əslində
daha çox yeni təyinat alanların qurması heç
başa düşülən deyil. Məhz bu cür maneə yaradan icra başçılarının seçkini
təşkil etməsinə, üstəlik sədr vəzifəsinə tövsiyə edilənlərə baxıb təhlil etsək
hər şey aydın olar. Nə isə...Çox dərinə getməyək...
12) Bələdiyyə
üzvlərinin hər birinin iclasda iştirakına və müzakirələrdə iştirakına nail
olun. Bilin ki, bələdiyyə kollegial orqandır və hər bir qərara hər bir üzv səs
verməlidir. RİH-dəki məmurların “tırkasına” gedib təkbaşına qərar verməyə
çalışmayın. Nəzərə alin ki başınız agrıya bilər.
13) nəhs rəqəm
olduğundan 14 -ə keçirəm
14) Yeni
“seçilən” sədrlərə tövsiyə edərdim ki, əgər
sizdən əvvəl ki həmkarınız bələdiyyənin büdcəsində maliyyə vəsaiti qoyubsa,
vergi-uçot sistemini qura bilibsə, hər hansı bir quruma borc saxlamayıbsa o sədrin
təcrübəsindən istifadə etməyə çalışın və bələdiyyəyə dəvət edib hörmətlə yola
salın. Bu ənənəni birinci siz edin ki, sabah sizə də qarşı bu adddım atılsın.
Nə isə ....
Ardı
olacaq...
VüqarTofiqli
Rəylər
0 Rəy