Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

25-02-2025 , 20:50

728

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Gündəlik Xəbərlər
- +

İmişli regional ədliyyə  idarəsində   bələdiyyələrin birləşməsi ilə bağlı yaradılmış komissiyanın  iclası keçirilib

İmişli regional ədliyyə idarəsində İmişli rayonu üzrə bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və digər məsələlərin həlli məqsədilə yaradılmış komissiyanın ilk iclası keçirilib.

Tədbir Ulu Öndər Heydər Əliyevin və vətənin azadlığı, suverenliyi uğrunda həyatlarını qurban vermiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.

Sonra regional idarənin rəisi (komissiyanın sədri) İsgəndər Orucov çıxış edərək “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” 18.10.2024-cü il tarixli 50-VIIQ nömrəli Qanunun icrası məqsədilə Nazirlər Kabinetinin “Bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və digər məsələlərin həlli məqsədilə komissiyaların yaradılması haqqında” 13.01.2025-ci il tarixli, 13s nömrəli Sərəncamının icrası barədə Ədliyyə Nazirliyinin 03.02.2025-ci il tarixli, 03-T saylı əmri ilə yaradılmış komissiyaların yerlərdəki fərdi tərkibinin təsdiq edildiyini bildirib.

Birləşmə zamanı tərtib ediləcək müvafiq aktların nümunəsi komissiyanın üzvlərinə təqdim edilib, görüləcək işlərlə bağlı onlara ətraflı izah verilib, həmçinin mümkün olan qısa müddətdə birləşən və yeni bələdiyyələr arasında təhvil-təslim işlərinin yekunlaşmasının zəruriliyi vurğulanıb.

Ədliyyə Nazirliyinin yuxarıda qeyd olunan müvafiq əmrinin icrası ilə bağlı birləşmiş bələdiyyələrə məxsus mülkiyyət, maliyyə və başqa məsələlərin həlli zamanı qanun pozuntuları, o cümlədən bələdiyyə əmlakına sahiblik, istifadə və sərəncam verilməsi sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalar aşkar edildikdə müvafiq tədbirlərin görüləcəyi komissiya üzvlərinin diqqətinə çatdırılıb.  

İclasın sonunda bütün suallar cavablandırılı

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Prezidentin cavablandırdığı suallar - Tam mətn

Gündəlik Xəbərlər
20-07-2025
90

Yeni Əməkdaşlıq Dövrü

Gündəlik Xəbərlər
03-07-2025
560

Bələdiyyələrin vahid informasiya sistemi yaradılacaq

Gündəlik Xəbərlər
24-06-2025
735

Təsadüfün yaratdığı zəruriət...

Gündəlik Xəbərlər
22-06-2025
636

Gərəkli olmağı bacaran insan  

Gündəlik Xəbərlər
21-06-2025
725

Tərlan İsmayılov: "Əsas səbəb ondan ibarətdir ki..."

Gündəlik Xəbərlər
16-06-2025
2210

Qarabağın susqun salnaməsi - Kurqanlar

Gündəlik Xəbərlər
14-06-2025
654

"Əsasnamə” təsdiq edilib 

Gündəlik Xəbərlər
11-06-2025
658