Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

19-03-2025 , 00:19

789

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Bələdiyyələrin hüquqi maarifləndirilməsi sahəsində qarşılıqlı əməkdaşlıq çərçivəsində görüş təşkil edilib

“Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxsin tabeliyində “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Məhəmməd Quluzadənin başçılıq etdiyi nümayəndə heyəti ilə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin inzibati binasında görüş keçirilib.

Görüşdə İnstitutun fəaliyyət istiqamətləri, həyata keçirdikləri layihələr, rəqəmsal təşəbbüsləri və əhalinin istifadəsinə təqdim etdikləri elektron resurslar, eləcə də 2023-2024-cü illərdə müxtəlif dövlət orqanlarının əməkdaşları, gənc vəkillər, mediatorlar və hüquqşünaslar üçün təşkil olunmuş təlimlər barədə ətraflı məlumat verilib.

İnstitutun rəhbərliyi tərəfindən qurumun 2025-ci il üzrə fəaliyyət planından, eyni zamanda sonuncu keçirilmiş seçkilər, eləcə də birləşmə nəticəsində yenidən formalaşdırılan bələdiyyələrin maarifləndirilməsi zərurətindən irəli gələrək bələdiyyə nümayəndələri üçün əhəmiyyətli olan mövzularda təlimlərin keçirilməsi sahəsində əməkdaşlıq təklif olunub.

Sonda qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilərək bələdiyyə üzv və qulluqçularının hüquqi biliklərinin artırılması sahəsində əməkdaşlığın genişləndirilməsinin, müasir tendensiya və təcrübələrin tətbiqinin vacibliyi vurğulanıb.

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyyələr niyə hesabat verə bilmirlər...

Gündəlik Xəbərlər
11-04-2025
983

Eldar Əzizovu fərqləndirən əsas cəhət


Gündəlik Xəbərlər
09-04-2025
500

Nazir  Şəkidə vətəndaşları qəbul edib

Gündəlik Xəbərlər
07-04-2025
482

Bu rayonlarda  da bələdiyyələr formalaşdırılıb?

Gündəlik Xəbərlər
07-04-2025
537

Nizami bələdiyyəsində görüş keçirilib

Gündəlik Xəbərlər
10-03-2025
690