Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

16-06-2025 , 22:39

582

Son xəbərlər

Bütün xəbərlər

Gərəkli olmağı bacaran insan  

Gündəlik Xəbərlər
21-06-2025

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Region
- +

Dörd vergi növündən Siyəzən bələdiyyələrinə maliyyə vəsaiti daxil olmayıb

Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2024-ci ildə Siyəzən  rayonunda formalaşan 11 bələdiyyənin büdcə gəliri 298.600 manat olub. Bu 2023-ci llə müqayisədə 6.6 faiz artım deməkdir.

Əldə edilən gəlirin 19.7 faizi vergilərdən,80.3 faizi isə rüsumlardan olub. Büdcə gəlirinin 13.5 faizi torpaq, 6.2 faizi əmlak vergisindən daxil olub.

Siyəzən  bələdiyyələrinin büdcə gəlirinin 68.3 faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən daxil olub. Bu isə 203.800 manat deməkdir.

Siyəzən  bələdiyyələri ötən il 88.000 manatlıq torpaq satışı həyata keçiriblər. Bu da ötən illə müqayisədə 4.4 faiz  dəfə çox deməkdir.  İl ərzində Siyəzən  bələdiyyələrinə 31.800 manat dotasiya ayrılıb.

Bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar  və ya səyyar ticarətdən,  avtodayanacaqlardan, daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsindən, mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən, bələdiyyə müəssisələrinin mənfəət vergisindən bələdiyyə büdcəsinə hər hansı maliyyə vəsaiti daxil olmayıb.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər