Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

16-06-2025 , 21:30

828

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Mehmanxana  xidmətlərindən Qusar bələdiyyələrinə vəsait niyə  daxil olmayıb?

Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2024-ci ildə Quba rayonunda formalaşan 29 bələdiyyənin büdcə gəliri 923.100 manat olub. Bu 2021-ci llə müqayisədə 15  faizlik azalma deməkdir.

Əldə edilən gəlirin 29.2 faizi vergilərdən, 70.8  faizi isə rüsumlardan olub. Büdcə gəlirinin 18 faizi torpaq, 11.2 faizi əmlak vergisinin payına düşür.

Qusar bələdiyyələrinin büdcə gəlirinin 57.6 faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən daxil olub.

Qusar bələdiyyələri ötən il 453.300 manatlıq torpaq satışı həyata keçiriblər. Bu da ötən illə müqayisədə 35 faiz az deməkdir.  İl ərzində Qusar bələdiyyələrinə 79.000 manat dotasiya ayrılıb.  Bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar  və ya səyyar ticarətdən bələdiyyə büdcəsinə 31.100 manatlıq vəsait daxil olub.  

  2024-cü il ərzində mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən, bələdiyyə müəssisələrinin mənfəət vergisindən, daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsindən və  avtodayanacaqlardan bələdiyyə büdcəsinə hər hansı maliyyə vəsait daxil olmayıb.  

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər