Boradigah bələdiyyəsi səyyar görüşlərin tarixini açıqladı
Boradigah Bələdiyyəsi tərəfindən əhalinin müraciətlərini dinləmək, təklif və problemləri yerindəcə araşdırmaq məqsədilə səyyar görüşlər təşkil olunur.
Görüşlərin tarix və məkanları:
Boradigah qəsəbəsi – Şəhidlər Abidə Kompleksinin həyətində
23 iyun 2025-ci il, saat 16:00
Mollaoba kəndi – Mollaoba məktəbinin həyətində
24 iyun 2025-ci il, saat 16:00
Babaser kəndi – Babaser məktəbinin həyətində
25 iyun 2025-ci il, saat 16:00
Görüşlərdə bələdiyyə sədri, müavinləri və üzvləri iştirak edəcək -sakinlərin suallarını, təkliflərini birbaşa dinləyəcəklər.
Sizi fəal iştirak etməyə, yaşadığınız ərazi ilə bağlı fikir və təkliflərinizi bildirməyə dəvət edirik.
Masallı rayonu Boradigah bələdiyyəsi
Rəylər
0 Rəy