Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

16-06-2025 , 16:17

829

Son xəbərlər

Bütün xəbərlər

Gərəkli olmağı bacaran insan  

Gündəlik Xəbərlər
21-06-2025

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Bakı
- +

Tehran Rəhmanov: "Bu gün qəsəbədə vətəndaş məmnunluğunun təmin edilməsi üçün büdcə gəlirlərində artıma nail olmalıyıq"

"Türkan bələdiyyəsi olaraq əsas məqsədimiz vergi-uçot sistemini təkmilləşdirməklə büdcə gəlirlərini artırmaqdır"- bu fikiləri adıçəkilən bələdiyyənin sədri Tehran Rəhmanov  Türkan bələdiyyəsinin qulluqçuları Mirismayıl Rzayev, Gültəkin Şahbazovanın və   "Bələdiyyələrin fəaliyyətinin təbliği" İctimai birliyinin sədri Vüqar Tofiqlinin iştirakı ilə keçirilən görüşdə səsləndirib.

Sədr daha sonra qeyd edib ki, "bu gün qəsəbədə vətəndaş məmnunluğunun təmin edilməsi üçün büdcə gəlirlərində artıma nail olmalıyıq. Məhz bu səbəbdəndir ki, vergi xidməti bütün qüvvəsini büdcə gəlirlərinin artımına yönəldib.  Nəticə etibari ilə, son üç ay ərzində büdcə gəlirlərində 12 faizədək artım müşahidə edilib. Əlavə edim ki, cari ilin fevralından iyun ayının 12-dək bələdiyyənin 17.637 manat büdcə gəliri olub.  Bununla yanaşı vergi qeydiyyatından kənarda qalan 300 yaxın vergi ödəyicisi son üç ay ərzində BAMS prorqamına qeydiyyata alınıb. Ərazilərdə aparılan mönitorinqlər göstərir ki, hələ də qeydiyyat  düşməyən 600-ə yaxın  vergi ödəyicimiz var. Bu günədək isə BAMS proqramına 6601 vergi ödəyici qeydiyyata alınıb."

"Hazırda vergi xidmətinin əməkdaşları vergi ödəyicilərinə bildirişləri paylamaqla məşğuldurlar"- deyən sədr bildirib ki, aprel ayında 186, may ayında 192, iyun ayının birinci yarısında isə  artıq 158 bildiriş paylanılıb. Müfəttişlərimiz bildirişləri paylamaqla yanaşı, həm də onlarla söhbətlər aparır. 

Sədr  daha sonra qeyd edib ki, vergi xidməti əməkdaşlarının səyi ilə cari ildə hədəfimiz  büdcə gəlirini 100 min manata çatdırmaqdır. Ötən il bu rəqəm 61.951 manat olub. Əvvəlki  beş il ərzində bələdiyyənin sakinlərlə ciddi maarifləndirici görüşləri keçirilib və kifayət qədər iş görülüb. Sadəcə pandomiyanın araya düşməsi bələdiyyənin fəaliyyətinı ciddi təsir etmişdi. 

Əgər ərazidə ki sənədsiz əmlakların qeydiyyatı həyata keçirilmiş olsa, bələdiyyənin büdcə gəlirlərində ciddi  artım müşahidə edilə bilər. 

Nəticə etibari ilə əldə olunan vəsaitin böyük bir qismi bütün hallarda vətəndaşların qaldırdığı problemlərinin həllinə yönəldilir. 

BAMS-ın yaratdığı imkandan yararlanmaqla büdcə gəlirlərini daha da artırmaq niyyətindəyik.  Yaxın günlərdə BAMS proqramında SMS xidmətinə qoşulmağı planlaşdırırıq.

Əgər ötən il ortalama ay ərzində  5.100 manat vergi toplanılırdısa, bu rəqəmi cari ildə ay ərzində 7.000 manata çatdıracağıq.  Bu fikirləri də bələdiyyə sədri Tehran Rəhmanov deyib. 

Bu gün ərazidə ticarət obyektlərinin qedyiyyatı aparılsa da, onların vergiyə cəlb edilməsində müəyyən problemlərlə üz- üzə qalırıq. Bələdiyyənin bu istiqamətdə hər hansı təsir mexanizmi yoxdur.

Hazırda bələdiyyədə  yeddi nəfər bələdiyyə qulluqçusu fəaliyyətdədir.  Hər bir qulluqçu bələdiyyəyə öz fəaliyyətləri ilə töhfə verməyə hazırdır və bu istiqamətdə bütün qüvvəsini əsigəmir.

Xəzər rayonu Türkan bələdiyyəsi fəaliyyətində  şəhid və qazi ailələrinin sosial problemlərinin həll edilməsinə cidd diqqət ayırmaqdadır.

Əvvəlki illərdə istifadəyə verilmş  şəhidlərə həsr olunan bulaq-abidə kompleksi daim  diqqətdə saxlanılır. Əlavə edək ki.   Abidə-kompleksində geniş bir ərazini əhatə edir.

Sədr vurğulayıb ki, Xəzər RİH təşəbbüsü ilə ərsəyə gələn abidə kompleksi bələdiyyə tərəfindən mütəmadi olaraq diqqət mərkəzində saxlanılır və əkilən gül kollarına aqrotexniki qulluq göstərilir.  

Görüşdə iştirak edən "Bələdiyyələrin fəaliyyətinin təbliği" İctimai birliyinin sədri Vüqar Tofiqli müzakirə edilən mövzular ətrafında öz fikir və mülahizələrini bildirib və ona ünvanlanan sualları cavablandırıb. 

 Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər