Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

21-03-2025 , 16:48

457

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Ədliyyə Nazirliyi tərəfindən bələdiyyə üzv və qulluqçularının hüquqi maarifləndirilməsi ilə bağlı ardıcıl təlimlər keçirilir

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsi tərəfindən Bakı şəhərində fəaliyyət göstərən bələdiyyə nümayəndələrinin iştirakı ilə videokonfrans formatında seminar-təlimlər keçirilib. Təlimlər yerli özünüidarəetmə fəaliyyətinə metodoloji yardım göstərilməsi istiqamətində aparılan maarifləndirmə tədbirlərinin davamı olaraq təşkil edilib.

Seminarlarda bələdiyyə üzv və qulluqçularına vətəndaş müraciətlərinə baxılmasının xüsusiyyətləri və hüquqi əsasları, vətəndaş qəbulunun qanunauyğun təşkili və müraciətə baxan subyektlərin məsuliyyəti mövzusunda təqdimat keçirilib. Onlara, xüsusilə yeni seçilmiş bələdiyyə üzvlərinə vətəndaşların haqlı tələblərinin yerinə yetirilməsinə diqqətin gücləndirilməsi, o cümlədən şəhid ailələrinin, qazilərin və xüsusi qayğıya ehtyacı olan digər şəxslərin müraciətlərinə həssaslıqla yanaşılması, müraciətdə qeyd olunan məsələlərin həlli barədə lazımi izahat və düzgün istiqamət verilməsi tövsiyə olunub.

Eyni zamanda, bələdiyyə mülkiyyəti, bələdiyyə torpaqlarının idarə edilməsi ilə bağlı yerli özünüidarəetmə orqanlarının səlahiyyətlərinə dair qanunvericiliyin tələbləri ətraflı izah olunub və bələdiyyələrin gündəlik fəaliyyətlərində rastlaşdıqları məsələlər barədə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

https://belediyye.gov.az/news/mmm



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyyələr niyə hesabat verə bilmirlər...

Gündəlik Xəbərlər
11-04-2025
986

Eldar Əzizovu fərqləndirən əsas cəhət


Gündəlik Xəbərlər
09-04-2025
501

Nazir  Şəkidə vətəndaşları qəbul edib

Gündəlik Xəbərlər
07-04-2025
483

Bu rayonlarda  da bələdiyyələr formalaşdırılıb?

Gündəlik Xəbərlər
07-04-2025
538

Nizami bələdiyyəsində görüş keçirilib

Gündəlik Xəbərlər
10-03-2025
691