Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

24-09-2026 , 15:07

227

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Adil Əhmədov: “Bələdiyyələrdə elektron sənəd dövrüyyəsinin tətbiqi ilə bağlı hazırda ciddi layihələrin üzərində iş aparılır”

 “Bu gün  dövlət və yerli özünüidarəetmə orqanlarının fəaliyyətində rəqəmsal texnologiyalardan istifadə bu qurumların səmərəli fəaliyyətinə əlavə üstünlük verməklə, həm də idarəetmənin səmərəliliyini artıran əsas vasitələrdən biri hesab olunur”- bu fikirləri Belediyye.infoya  ABMA-nın “Bələdiyyələrin Rəqəmsallaşma və İnnovasiya Mərkəzi”nin (BRİM) direktoru Adil Əhmədov deyib.

Mərkəz direktoru qeyd edib ki, əhali ilə birbaşa təmasda olan qurum kimi bələdiyyələrin fəaliyyətinin daha şəffaf, çevik, əlçatan və hesabatlı təşkil edilməsi xüsusilə əhəmiyyət kəsb edir və bu həm də qanunvericiliyin tələbidir.

Məlumdur ki, bələdiyyələrin gündəlik fəaliyyətində çoxsaylı sənədlər, müraciətlər, qərarlar, protokollar, məktublar, arayışlar, müqavilələr və digər məlumatlar formalaşır. Onu da etiraf edək ki, bələdiyyələrin cəmiyyətdə çəki və nüfuzu artıqdaca bu qurumlara edilən müraciətlərin də sayı artır. Belə bir məqamda sənəd dövrüyyəsinin yalnız kağız üzərində hazırlanması, saxlanılması və bir struktur bölməsindən digərinə fiziki şəkildə ötürülməsi həm vaxt itkisinə, həm əlavə xərclərə, həm də sənədlərin itməsi və ya gecikməsi riskinə, hətta bəzi hallarda kənar təsirlərlə neqativ halların yaranmasına da yol aça bilər.

Bu baxımdan elektron sənəd dövriyyəsinin təşkili bələdiyyənin rəqəmsal transformasiyasının əsas elementlərindən biri hesab edilə bilər.

Adil Əhmədov bildirib ki, elektron sənəd dövriyyəsi sənədlərin yaradılması, qeydiyyata alınması, göndərilməsi, qəbul edilməsi, razılaşdırılması, imzalanması, icrasına nəzarət və arxivləşdirilməsi proseslərinin elektron informasiya sistemləri vasitəsilə həyata keçirilməsidir.

Nəzərə alınmalıdır ki, bu gün bələdiyyələrə təklif edilən mövcud rəqəmsal həllər bələdiyyə fəaliyyətinin bütün aspektlərini tam  əhatə etmir. Bunu nəzərə almaqla BRİM-ə müraciət edən təşkilatlara  prosesin Bələdiyyələrin Vahid İnformasiya Sistemində formalaşmış məlumatlar əsasında qurulması və digər cari fəaliyyətlərlə bağlı müvafiq tövsiyyələr verilməkdədir.

Odur ki, elektron sənəd dövrüyyəsinin tətbiqi ilə bağlı zəruri  addımların atılması ilə bağlı ABMA-nın “Bələdiyyələrin Rəqəmsallaşma və İnnovasiya Mərkəzi” müvafiq qurumlar qarşısında məsələ qaldırıb. Bu ideyanın gerçəkləşdirilməsi və bu istiqamətdə bələdiyyələrin fəaliyyətinin tənzimlənməsi üçün hazırda ciddi layihələr icra edilməkdədir. Və nəzərə alaq ki, bələdiyyələrdə rəqəmsallaşdırma prosesinin tətbiq ilə bağlı artıq ölkə başçısının müvafiq sərəncamı ilə vergi bildirişlərinin artıq onlyan qaydada paylanılması nəzərdə tutulub. Növbəti ilin yanvar ayından artıq bələdiyyələrin vergi xidmətləri vergi ödəyicilərinə bildirişləri onlyan qaydada təqdim edəcəklər.

Düzdür, bu gün elektron sənəd dövrüyyəsinin tətbiqi ilə bağlı bir sıra fəal bələdiyyələr müəyyən addımlar atılır və fəaliyyətlərində tətbiq edirlər. Lakin bu proses daha təkmil, daha müasir şəkildə tətbiq edilsə, bələdiyyələrin fəaliyyətinə öz müsbət təsirini daha yaxşı göstərə bilər. Odur ki, ABMA-nın “Bələdiyyələrin Rəqəmsallaşma və İnnovasiya Mərkəzi” bununla bağlı ciddi və konkret layihələrin icrası ilə bağlı müzakirələrdən sonra  öz təkliflərini hazırlayıb.

Güman etmək olar ki, yaxın günlərdə müvafiq qurumlar tərəfindən ilkin hazırlanmış proqram test rejimində bir sıra bələdiyyələrdə tətbiqinə start veriləcəkdir. Test zamanı üzə çıxan əyər-əskikliklər aradan qaldırılandan sonra digər bələdiyyələrin istifadəsinə təqdim ediləcəkdir.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

DSMF borcunu necə "baglayaq"?

Gündəlik Xəbərlər
14-09-2026
293

Sədr yerində olarsa...

Gündəlik Xəbərlər
19-08-2026
867