Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

05-09-2026 , 21:46

176

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Qaya daşlarına adını yazan gənclər: KİMDİR MÜQƏSSİR

İndi TV-lərin birində Şuşanın qədim qaya daşlarına və digər maddi-mədəni irs nümunələrinə ziyarətdə olan gənclərin adlarını həkk edənlərlə bağlı süjetə baxdım. Mövzu diqqətimi çəkdiyindən fikrimi bildirməyi özümə borc bilirəm.
Göründüyü kimi, bu addımı əsasən gənclər atır. Sual olunur niyə, hansı məqsədlə? Onları bu addımı atmağa nə vadr edir?
Son üç ay ərzində layihə çərçivəsində doqquz rayonda olduğum zaman ziyarət etdiyim və Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsində götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsü"ndə qeydiyyatda olan 40-dan artıq abidənin hər birinin bu və ya digər şəkildə ciddi təhlükə ilə üz-üzə qaldığının şahidi oldum. Bu vəziyyəti gənclərdə görür.
Ziyarətində olduğum rayonların tarix muzeyləri və bu muzeylərin zəngin eksponat fondunun saxlanılması bu gün heç bir standarta cavab verməməsi təəssüf doğurur. Muzeylərin yerləşdiyi binaların əksəriyyəti uyğunlaşdırılmış binalarda fəaliyyətdədir. Üstəlik, bəzilərində yağış və qar birbaşa binaya yağırsa, onda hansı diqqətdən danışmaq olar. Budurmu bizim maddı-mədəni irsimizə göstərdiyimiz diqqət? Unutmayaq ki, bu vəziyyəti məktəbli ikən muzeyləri ziyarət edən gənclərdə görür.
Deməliyəm ki, bu gün dünya əhəmiyyətli qədim Şabran şəhərinin qalıqlarını mühafizə edə bilmiriksə, "Beşbarmaq" Tarix, Mədəniyyət və Təbiət qoruğunda infrastruktur yarada bilmiriksə və yaxud qədim kurqanlarda restoran inşa etmək istəyiriksə və müvafiq mərkəzi icra orqanı buna göz yumursa və ən əsası bu proseslər böyüməkdə olan gənclərimizin göz önündə baş verirsə hansı diqqətdən danışa bilərik. Muvafiq mərkəzi icra hakimiyyəti orqanı tariximizi, maddi-mədəni irsimizin qorunması üçün addım atmırsa, misal olaraq qoruğun idarəsini yaradıb, adamları da işə götürüb, ancaq onlara iş yeri ilə təmin etməyiblərsə, gənc nə etməlidir. Bu gün böyüməkdə olan gənc iyirmi il əvvəl ki gənc deyil. İndiki gənc gördüyü hər bir hadisəni, onun hər hansı nəticə verəcəyini belə düşünmədən onu sosial medianın verdiyi imkandan yararlanaraq paylaşır və bunu müsbət hal kimi qiymətləndirir. Ancaq gənc görsə ki, hətta bulaq başına, şəlaləyə gedən şəxslər oranı təmiz saxlayır, dünya əhəmiyyətli Şabran şəhərinin qalıqlarının üstünü müvafiq orqan müasir tələblərə uyğun olaraq bağlayaraq turist axınına şərait yaradır və digər məqamları diqqətdə saxlayır onda ibtidai icma qurluşundan fərqli olaraq divara adını da yazmaz.
Bu gün maddı-mədəni irsimizin qorunması ilə bağlı məsələlərin təhlilə, araşdırmaya və bu sahə ilə bağlı yeni strateji yol xəritəsinin çəkilməsinə ciddi şəkildə ehtiyac var. Müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının bu sahəyə diqqətsizliyi, xüsusəndə bu sahəyə dövləti siyasətindəki pərakəndəlik nəticədə belə neqativ halların baş verməsinə deyərdim ki, səbəb olur.
Mən gənclərin bu addımını sərt şəkildə qınayıram. Ancaq gənclərlə yanaşı müvafiq mərkəzi icra orqanlarının maddi-mədəni irsimizə göstərdiyi qayğını da yetərincə saymıram. Fikrimcə, bu gün zəngin maddi-mədəni irsimizi, zəngin mədəniyyət və təbiət abidələrimizi lazımı səviyyəyə çatdırmaqla onu təbliğ edə bilsək, onda həm ölkəmizə turist axını artar, həm gənclərimiz bu cür neqativə yol verməz və ən əsası zəngin tarix, mədəniyyət və təbiət abidələrimizi gələcək nəsillərə sap-sağlam çatdıra bilərik. Konkret
Vüqar Tofiqli

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyyə icra-münasibətlərində Masallı təcrübəsi

Gündəlik Xəbərlər
30-06-2026
1009

Şuşa rayonunun demoqrafik vəziyyəti haqqında

Gündəlik Xəbərlər
09-06-2026
728

Bələdiyyələrə dotasiya nə vaxt ayrılacaq?

Gündəlik Xəbərlər
01-06-2026
933

Sabiq icra başçısı dünyasını dəyişib

Gündəlik Xəbərlər
15-05-2026
917