İdarətemədə isalahatlar nəyi dəyişəcək?
Ölkə başçısının müvafiq Fərmanı ilə yerli icra strukturlarında ciddi şəkildə islahatların aparılması qərara alınıb. Əslində bu Fərmanı idarəetmədə aparılacaq genişmiqyaslı strüktur dəyişikliklərin, xüsusən də regional idarəetməyə keçidin başlanğıc nöstəsi də hesab etmək olar.
Bu gün mərkəzi icra hakimiyyəti orqanlarının,
hüquq-mühafizə orqanları istisna olmaqla, hər biri regional idarəteməyə artıq
keçid edib. Yəni hər bir mərkəzi icra orqanının regional idarəsi var və bu idarələrin
hər birinin yerli icra hakimiyyətinə hər hansı formada bağlılığı yoxdur. Yəni hazırda sistem elə qurulub ki,
icra başçısının hər hansı formada hətta kitabxanada çalışan sıravı işçiyə, hətta məktəbdə
çalışan xadiməyə belə söz demək şansı sıfıra bərabərdir.
Əlavə
olaraq qeyd edim ki, Azərbaycan Prezidentinin müvafiq qərarı ilə ölkəmizdə 14
iqtisadi zona yaradılıb. Bu bölgü həqiqətən yüksək qiymətləndirilməlidir. Bu
zonaların hər birinin ərazisi və hansı rayonları əhatə etməsinə qədər bəllidir.
Lakin müvafiq mərkəzi icra orqanlarının əvvəlki
illərdən regional idarəetmənin sistemsiz şəkildə yaratmaları, bəzən də təkrar
strukturların təsis edilməsi, bir nazirliyinin
yaratdığı bir və ya bir neçə regional idarələrinin bir-biri ilə hər
hansı formada əlaqəsinin olmaması nəticə etibari ilə özləri ilə yanaşı, əsasən vətəndaşa
da ciddi problem yaratmaqdadır. Üstəlik bəzi mərkəzi icra orqanları, tabeliyindəki qurumları publik hüquqi şəxsə çevirməklə bəzi məsələlərin həllində daha geniş sərbəstlik qazanıblar. Nə isə...
Hər
halda Prezidentin son Fərmanı bu istiqamətdə atılacaq addımların ilkin mərhələsi
hesab edilməlidir. Proses çox güman kı bundan sonra da davam edəcəkdir. Hiss olunur ki, bu prosesdə hər bir RİH-də 3-4 məmur vəzifəsi, 5-dən 20-dək
mühasib vəzifəsi ixtisara düşür. Məni isə
narahat edən məsələ isə RİH-lərdə ixtisara düşmüş
məmurların sonradan bələdiyyələrə yerləşdirilməsi məsələsidr. Özləri yenə RİH-də oturub ancaq əməkhaqqını bu dəfə bələdiyyədən alacaqlar. Deməliyəm ki, ölkə
bələdiyyələrində, belə təcrübə var. Həmin
məmurlar bələdiyyədən əməkhaqqı
alsalarda belə bələdiyyənin hüquqlarını müdaifə etməyi özlərinə ar bilmələri təəssüf
hissi yaradır. Nə isə....
Son
olaraq sual oluna bilər ki, idarətemədə aparılan bu isalahatlar nəyi dəyişəcək?
Bütün hallarda idarəetmə sahəsində islahatlara
start verilməsi alqışa layiq bir addımdır. Bu danılmaz faktdır. Bu islahatların davamlı olması bir tərəfdən
büdcə vəsaitlərinin qənaətinə, ikinci bir tərəfdən təkrar qurumların ləğvinə, həmçinin idarəetmədə
operativliyə səbəb olacaq, həm də məmur məsuliyyətini
artıracaq və ən əsası bu islahatlarda bələdiyyələrin də üzərinə bir səlahiyyət
payı düşəcək.
Uğurlu,
düşərli olsun deyirəm.
Vüqar
Tofiqli
Rəylər
0 Rəy