Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

26-09-2026 , 22:34

136

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

27 Sentyabr – Anım Günü: Şəhidlərimizin əziz xatirəsinə sonsuz ehtiramla!

44 günlük Vətən müharibəsinin başlanğıcını simvolizə edən 27 Sentyabr – Anım Günü ərəfəsində Maştağa Bələdiyyəsi tərəfindən qəsəbəmizdə yerləşən Şəhidlər Xiyabanında genişmiqyaslı abadlıq, quruculuq, təmir-tikinti və yaşıllaşdırma işləri həyata keçirilib.

Ümumi sahəsi 11.000 kvadratmetr olan Şəhidlər Xiyabanında şəhidlərimizin müqəddəs xatirəsinə layiq mühitin yaradılması məqsədilə bir sıra mühüm işlər görülüb. Xiyabanın giriş və əsas meydan hissəsi yeni asfalt örtüyü ilə yenilənib, 1500 kvadratmetr hasar sahəsi rənglənib, giriş qapıları və məhəccərlər bərpa edilərək səliqəyə salınıb.

Eyni zamanda, ərazinin yaşıllaşdırılması istiqamətində yeni “limonlu” şam ağacları və mövsümi güllər əkilib, xiyabanın ümumi ərazisi təmizlənərək abadlaşdırılıb, üçrəngli dövlət bayraqlarımız yenilənib.

Bu işlər yalnız abadlıq tədbiri deyil, şəhidlərimizin əziz xatirəsinə göstərilən dərin ehtiramın ifadəsidir. Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən qəhrəman şəhidlərimizin xatirəsini yaşatmaq hər birimizin mənəvi borcudur.

Maştağa Bələdiyyəsi olaraq qəsəbəmizin abadlaşdırılması, sakinlərin rahatlığının təmin olunması və şəhidlərimizin xatirəsinin daim uca tutulması istiqamətində görülən işləri bundan sonra da davam etdirəcəyik.

Bu müqəddəs gündə Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, onların ruhu qarşısında baş əyirik.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, ailələrinə və doğmalarına səbir versin.

Anar Adıgözəlov

Sabunçu rayonu, Maştağa Bələdiyyəsinin sədri





Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər