Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

26-09-2026 , 22:17

100

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Anar Adıgözəlov: “Maştağa bələdiyyəsi Axund Mirzə Əbdülkərim küçəsində abadlıq işləri həyata keçirib”


“27 Sentyabr – Anım Günü ərəfəsində şəhidlərimizin əziz xatirəsinə ehtiram göstərilməsi, şəhid ailələrinə diqqət və qayğının ifadə olunması, eləcə də sakinlərin müraciətlərinin həlli istiqamətində Maştağa Bələdiyyəsi tərəfindən növbəti abadlıq və sosial layihə həyata keçirilib”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Anar Adıgözəlov deyib.

Sədr qeyd edib ki, şəhid Səmədov Məhərrəm Elxan oğlunun atasının müraciəti, həmçinin Axund Mirzə Əbdülkərim küçəsində yaşayan sakinlərin kollektiv müraciəti əsasında əraziyə bələdiyyənin işçilərindən ibarət işçi qrupu tərəfindən yerində baxış keçirilib. Baxış zamanı küçənin yol örtüyünün uzun müddət istismar nəticəsində yararsız vəziyyətə düşdüyü və sakinlərin gediş-gəlişində ciddi çətinliklərin yarandığı müəyyən edilib.

Məsələ Maştağa Bələdiyyəsinin 22 sentyabr 2026-cı il tarixli 19 saylı iclasında müzakirə olunaraq müvafiq qərar qəbul edilib.

Sədr qeyd edib ki, qərarın icrası çərçivəsində Axund Mirzə Əbdülkərim küçəsində əsaslı işlər görülüb: torpaq-hamarlama, yol təmiri və asfaltlama işləri aparılıb. Nəticədə küçənin hərəkət üçün daha əlverişli və təhlükəsiz vəziyyətə gətirilməsi təmin olunub.

Bununla yanaşı, şəhid Səmədov Məhərrəm Elxan oğlunun xatirəsinə ucaldılmış xatirə lövhəsi və bulaq kompleksi ətrafında abadlıq, bərpa və yaşıllaşdırma işləri həyata keçirilib. Bu işlər ərazinin ümumi görünüşünün yaxşılaşdırılmasına və xatirə məkanının daha səliqəli vəziyyətə gətirilməsinə xidmət edib.

Bizim üçün şəhidlərimizin əziz xatirəsinin daim yaşadılması, onların ailələrinə diqqət və qayğının göstərilməsi, eyni zamanda sakinlərin müraciətlərinin operativ şəkildə həll edilməsi əsas vəzifələrdəndir.

Anar Adıgözəlov Maştağa bələdiyyəsi tərəfindən  şəhidlərimizin əziz xatirəsini dərin ehtiram və minnətdarlıqla yad edildiyini qeyd edib.

Belediyye.info




Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Mətanət Nəsibovaya ağır itki


Bakı
15-09-2026
627