Anar Adıgözəlov: “Maştağa bələdiyyəsi Axund Mirzə Əbdülkərim küçəsində abadlıq işləri həyata keçirib”
“27
Sentyabr – Anım Günü ərəfəsində şəhidlərimizin əziz xatirəsinə ehtiram göstərilməsi,
şəhid ailələrinə diqqət və qayğının ifadə olunması, eləcə də sakinlərin müraciətlərinin
həlli istiqamətində Maştağa Bələdiyyəsi tərəfindən növbəti abadlıq və sosial
layihə həyata keçirilib”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin
sədri Anar Adıgözəlov deyib.
Sədr
qeyd edib ki, şəhid Səmədov Məhərrəm Elxan oğlunun atasının müraciəti, həmçinin
Axund Mirzə Əbdülkərim küçəsində yaşayan sakinlərin kollektiv müraciəti əsasında
əraziyə bələdiyyənin işçilərindən ibarət işçi qrupu tərəfindən yerində baxış
keçirilib. Baxış zamanı küçənin yol örtüyünün uzun müddət istismar nəticəsində
yararsız vəziyyətə düşdüyü və sakinlərin gediş-gəlişində ciddi çətinliklərin
yarandığı müəyyən edilib.
Məsələ
Maştağa Bələdiyyəsinin 22 sentyabr 2026-cı il tarixli 19 saylı iclasında
müzakirə olunaraq müvafiq qərar qəbul edilib.
Sədr
qeyd edib ki, qərarın icrası çərçivəsində Axund Mirzə Əbdülkərim küçəsində əsaslı
işlər görülüb: torpaq-hamarlama, yol təmiri və asfaltlama işləri aparılıb. Nəticədə
küçənin hərəkət üçün daha əlverişli və təhlükəsiz vəziyyətə gətirilməsi təmin
olunub.
Bununla
yanaşı, şəhid Səmədov Məhərrəm Elxan oğlunun xatirəsinə ucaldılmış xatirə lövhəsi
və bulaq kompleksi ətrafında abadlıq, bərpa və yaşıllaşdırma işləri həyata
keçirilib. Bu işlər ərazinin ümumi görünüşünün yaxşılaşdırılmasına və xatirə məkanının
daha səliqəli vəziyyətə gətirilməsinə xidmət edib.
Bizim
üçün şəhidlərimizin əziz xatirəsinin daim yaşadılması, onların ailələrinə diqqət
və qayğının göstərilməsi, eyni zamanda sakinlərin müraciətlərinin operativ şəkildə
həll edilməsi əsas vəzifələrdəndir.
Anar Adıgözəlov Maştağa bələdiyyəsi tərəfindən şəhidlərimizin əziz xatirəsini dərin ehtiram və minnətdarlıqla yad edildiyini qeyd edib.
Belediyye.info
Rəylər
0 Rəy