Elşad Vəliyev: “Məqsədimiz əldə etdiyimiz büdcə gəlirlərini sakinlərin sosial-rifah halının yaxşılaşdırılmasına yönəltməklə vətəndaş məmnunluğunu təmin etməkdir”
“Xətai rayonunda küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması və yaşıllıqların salınmasına dəstək məqsədi ilə növbəti “Abad həyət” layihəsinin icrasına başlanılıb”- bu fikirləri Belediyye.infoya Xətai bələdiyyənin sədri Elşad Vəliyev deyib.
Həyata keçirilən abadlıq işləri ilk növbədə sakinlərin
rahatlığına xidmət edir. Rayon ərazisində vətəndaş məmnunluğuna xidmət edən bu
layihə Xətai rayonu, Babək prospekti 78 sayli binanin qarşısındakı məhəllədə
icra olunacaqdır.
Sakinlərin asudə vaxtının səmərəli təşkil etmək məqsədilə
yaşayış binaların həyətində istirahət yerləri inşa ediləcək, uşaqlar üçün əyləncəli
güşələr və idman qurğuları quraşdırılacaqdır.
Yaşayış binaların həyətində yeni işıqlandırma və mühafizə sisteminin
qurulması və müasir işıq dirəkləri quraşdırılması da nəzərdə tutulub. Ərazidə
mövcud yaşıllıqlara qulluq göstərilməklə yanaşı, müxtəlif növ yeni həmişəyaşıl
ağaclar da əkiləcək.
Xətai rayonu ərazisində aparılan abadlıq-quruculuq və yenidənqurma
işləri sakinlər tərəfindən razılıqla qarşılanmadadır.
Xətai RİH-in tövsiyəsi ilə icra olunan bu layihənin tez bir zaman kəsiyində sakinlərin istfadəsinə veriləcəkdir.
Sədr sonda qeyd edib ki, bizim məqsədimiz əldə etdiyimiz büdcə gəlirlərini sakinlərin sosial-rifah halının yaxşılaşdırılmasına yönəltməklə vətəndaş məmnunluğunu təmin etməkdir.
Belediyye.info
Rəylər
0 Rəy