Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

19-06-2026 , 19:12

164

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Elşad Vəliyev: “Məqsədimiz əldə etdiyimiz büdcə gəlirlərini sakinlərin sosial-rifah halının yaxşılaşdırılmasına yönəltməklə vətəndaş məmnunluğunu təmin etməkdir”

“Xətai rayonunda küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması və yaşıllıqların salınmasına dəstək məqsədi ilə növbəti “Abad həyət” layihəsinin icrasına başlanılıb”- bu fikirləri Belediyye.infoya Xətai  bələdiyyənin sədri Elşad Vəliyev deyib.

Həyata keçirilən abadlıq işləri ilk növbədə sakinlərin rahatlığına xidmət edir. Rayon ərazisində vətəndaş məmnunluğuna xidmət edən bu layihə Xətai rayonu, Babək prospekti 78 sayli binanin qarşısındakı məhəllədə icra olunacaqdır.

Sakinlərin asudə vaxtının səmərəli təşkil etmək məqsədilə yaşayış binaların həyətində istirahət yerləri inşa ediləcək, uşaqlar üçün əyləncəli güşələr və idman qurğuları quraşdırılacaqdır.

Yaşayış binaların həyətində yeni işıqlandırma və mühafizə  sisteminin qurulması və müasir işıq dirəkləri quraşdırılması da nəzərdə tutulub. Ərazidə mövcud yaşıllıqlara qulluq göstərilməklə yanaşı, müxtəlif növ yeni həmişəyaşıl ağaclar da əkiləcək.

Xətai rayonu ərazisində aparılan abadlıq-quruculuq və yenidənqurma işləri sakinlər tərəfindən razılıqla qarşılanmadadır.

Xətai RİH-in tövsiyəsi ilə icra olunan bu layihənin tez bir zaman kəsiyində sakinlərin istfadəsinə veriləcəkdir.

Sədr sonda qeyd edib ki, bizim məqsədimiz əldə etdiyimiz büdcə gəlirlərini sakinlərin sosial-rifah halının yaxşılaşdırılmasına yönəltməklə vətəndaş məmnunluğunu təmin etməkdir.

Belediyye.info


 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər