Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

27-05-2026 , 21:40

112

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Anar Adıgözəlov: “Vətəndaş məmnuniyyətinin artırılması istiqamətində fəaliyyətimiz bundan sonra da davam   etdiriləcəkdir”


 “Maştağa bələdiyyəsinin əməkdaşları tərəfindən müqəddəs Qurban bayramı münasibətilə 26–27 may 2026-cı il tarixlərində qəsəbə ərazisində geniş sosial dəstək tədbirləri həyata keçirilmişdir”- bu fikirləri Sabunçu rayonu, Maştağa bələdiyyəsinin sədri Anar Adıgözəlov deyib.

Sədr qeyd edib ki, tədbirlər çərçivəsində qəsəbə ərazisində yaşayan Azərbaycanın Milli Qəhrəmanlarının və şəhidlərimizin ailələri, qazilər, aztəminatlı ailələr, həmçinin ailə başçısını itirmiş sakinlər ziyarət olunmuş, onlarla səmimi görüşlər keçirilmişdir. Görüşlər zamanı xalqımızın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəmanlarımızın əziz xatirəsinin daim uca tutulduğu, onların ailələrinin hər zaman diqqət və qayğı ilə əhatə olunduğu xüsusi vurğulanmışdır.

Sədr bildirib ki, Qurban bayramının mənəvi dəyərlərinə uyğun olaraq həssas sosial təbəqədən olan ailələrə Maştağa bələdiyyəsi tərəfindən qurban payları verilmiş, bayram münasibətilə onlara mənəvi dəstək göstərilmişdir. Eyni zamanda aztəminatlı ailələrin sosial vəziyyətinin daim diqqətdə saxlanıldığı və onların rifahının yaxşılaşdırılması istiqamətində bələdiyyə tərəfindən mütəmadi tədbirlərin həyata keçirildiyi qeyd edilmişdir.

Maştağa bələdiyyəsi olaraq sosial həmrəyliyin gücləndirilməsi, vətəndaş məmnuniyyətinin artırılması, şəhid ailələri, qazilər və digər həssas kateqoriyadan olan sakinlərin daim diqqətdə saxlanılması istiqamətində fəaliyyətimiz bundan sonra da davam etdiriləcəkdir.

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər