Səbail bələdiyyəsində Çernobıl faciəsinin 40-cı ildönümü ilə əlaqədar tədbir keçirilib
Səbail
bələdiyyəsinin inzibati binasında Çernobıl Atom Elektrik Stansiyasında (AES)
baş vermiş qəzanın 40-cı ildönümü ilə əlaqədar tədbir keçirilib.
Dövlət
Himninin səsləndirilməsi ilə başlayan tədbirdə qəzada həlak olanların xatirəsi
bir dəqiqəlik sükutla yad edilib.
Təbdirdə
Səbail Bələdiyyəsinin sədri Hacı Əliyev, Səbail RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər sektorunun müdiri Qabil Vahidov,bələdiyyənin sədr müavini Səmədağa
Aslanov, Badamdar Bələdiyyəsinin sədri Seymur Həsənov, sədr müavini Samir Məmmədov,
“Çernobıl Əllilər İttifaqı” Səbail Rayon üzrə təşkilatın sədri Kamil Əliyev, “Çernobıl Əllilər İttifaqı” Səbail Rayon təşkilatın
30 nəfərə yaxın üzvü və Səbail bələdiyyəsinin
üzv və əməkdaşları iştirak ediblər.
Tədbirdə
çıxış edən natiqlər faciənin tarixindən,
Azərbaycan vətəndaşlarının həmin qəzanın nəticələrinin aradan qaldırılması ilə
bağlı həyata keçirilən tədbirlərdə fəal iştirakından danışıb. Bildirib ki,
Çernobıl faciəsinin nəticələri Azərbaycana da ciddi təsir göstərib. Bu faciədən
sonra 2 mindən çox azərbaycanlı uşaq müxtəlif xəstəliklərlə dünyaya gəlib. Faciənin
nəticələrinin aradan qaldırılması üçün 8500-dən artıq azərbaycanlı prosesə cəlb
olunub.
O, həmçinin
deyib ki, dövlət başçısının müvafiq Sərəncamına əsasən, 2021-ci ildən bu günə qədər
Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən edilmiş 450-dən çox
şəxs evlə təmin olunub.
Tədbirdə çıxış edən digər natiqlər də vurğulayıblar ki, Azərbaycan dövləti tərəfindən Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak edənlərə, xüsusilə bu zaman əlil olmuş şəxslərə daim diqqət və qayğı göstərilir.
Səbail bələdiyyəsi
Rəylər
0 Rəy