Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

16-04-2026 , 13:36

142

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Allahverdi Həsənli: “Son iki il ərzində büdcə gəlirlərində ciddi şəkildə artıma nail olunub”

“Bu gün Əhmədli bələdiyyəsi olaraq rayonda aparılan abadlıq-quruculuq işlərinə, sakinlərin sosial- məişət qayğılarının həllində dəstəyimizi əsirgəmirik. Bütün hallarda qarşıya qoyduğumuz hədəfə doğru addım atılması isə hər bir bələdiyyədən maliyyə vəsaiti tələb edir”- bu fikirləri Belediyye.infoya Xətai rayonu, Əhmədli bələdiyyəsinin sədri Allahverdi Həsənli deyib.

Sədrin sözlərinə görə, bələdiyyənin vergi xidməti BAMS proqramının verdiyi imkanlardan yararlanaraq, habelə SMS xidmətindən istifadə etməklə büdcə gəlirlərinin həcmini artırmağa çalışır. Məhz bu fəaliyyətin nəticəsidir ki, son iki il ərzində büdcə gəlirlərində ciddi şəkildə artıma nail olunub.

Əgər 2024-cü ilin birinci rübündə 27.563 manat vəsait əldə edilmişdirsə, cari ilin birinci rübündə bu rəqəm 45.045 manat təşkil edib. Bu isə iki il ərzində 63 fazilik artım deməkdir. Əldə olunan vəsaitin 75 faizədək hissəsi isə əmlak vergisindən formalaşıb.

Əgər ərazidə sənədsiz əmlakların sənədləşdirilməsi sürətlənərdisə, o cümlədən vergi tariflərinə yenidən baxılardısa bələdiyyənin büdcə gəlirlərində kifayət qədər artım ola bilərdi.

Bütün bu çətinliklərə baxmayaraq bələdiyyə rühdan düşmür və ayaqda dayanaraq sakinlərinə xidmətdədir.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər