Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

11-01-2026 , 14:44

931

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Əziz Zeynalov: “ Bu prinsiplər cari ildə  Nəsimi bələdiyyəsinin əsas fəaliyyət istiqamətləri olacaq”

“Ötən bir il ərzində görülmüş işlər, cari ilin prioritet istiqamətləri, həlli vacib məsələlər və nəzərdə tutulan layihələr gündəlik olaraq  bələdiyyənin icra aparatının iclaslarında geniş müzakirə edilir” – bu fikirləri Nəsimi bələdiyyəsinin sədri Əziz Zeynalov deyib.

Sədr qeyd edib ki,  iclaslarda həmçinin rayonun sosial-iqtisadi inkişafı, abadlıq-quruculuq işləri, yaşıllaşdırma tədbirləri, sosial həssas əhali qruplarına dəstək və vətəndaş müraciətlərinin icrası kimi əsas mövzular bələdiyyənin daim diqqət mərkəzində saxlanılmaqdadır.

Sədr əlavə edib ki, 2025-ci il ərzində Nəsimi rayonunda məhəllədaxili abadlıq işlərinin görülməsi, bir sıra ərazilərdə “Abad həyət” layihələrinin icrası və habelə yaşıllıq zolaqlarının genişləndirilməsi istiqamətində bələdiyyə tərəfindən mühüm addımlar atılıb.

Bələdiyyə sədri açıqlamasında vurğulayıb ki, Nəsimi RİH-in  bələdiyyənin birgə və əlaqəli fəaliyyəti nəticəsində rayonda bir sıra nəzərəçarpacaq layihələr icra olunub.  Onun sözlərinə görə, həyata keçirilən layihələr rayon mühitinin yaxşılaşdırılmasına, sakinlərin gündəlik həyat keyfiyyətinin yüksəldilməsinə və sosial rifahının artırılmasına xidmət edir.

Sədr sonda qeyd edib ki,  bu prinsiplər cari ildə rayonun davamlı inkişafı və sakinlərin məmnunluğunun artırılması üçün şəffaflıq, ictimai iştirakçılıq və vətəndaşlarla açıq dialoq Nəsimi bələdiyyəsinin əsas fəaliyyət  istiqamətləri olacaq.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Elxan Oqtay oğlu İbrahimov kimdir?


Bakı
12-11-2025
1658