Anar Adıgözəlov: “Hədəfə çatmaq üçün kollektivimiz var qüvvəsi ilə çalışır”
“Sabunçu rayonu Maştağa bələdiyyəsinin 2025-ci il üzrə ümumi büdcə gəliri 598.960 manat təşkil edib”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri Anar Adıgözəlov deyib.
Sədr qeyd edib ki, əldə edilən vəsaitin 525.960 manatı yerli gəlirlərdən, 73.000 manatını isə dotasiya üzrə daxilolmalar təşkil edib.
Qeyd edək ki, müvafiq olaraq 2023-cü ildə ümumi büdcə gəliri 430.001 manat olmuşdur ki, bununda 390.001 manat yerli gəlirdən, 40.000 manat isə dotasiyadan, 2024-cü ildə isə ümumi büdcə gəliri 495.381 manat təşkil edib ki, onun da 449.381 manat yerli gəlirdən, 46.000 manatı dotasiyadan daxil olub.
Müqayisə göstərir ki, 2025-ci ildə büdcə gəlirləri 2023 və 2024-cü illərlə müqayisədə əhəmiyyətli dərəcədə artmış, maliyyə imkanları genişlənmişdir. Bələdiyyənin maliyyə imkanlarının artması bütün hallarda vətəndaş məmnunluğunun yüksəlməsi deməkdir.
Beləliklə müşahidələr göstərir ki, 2023- cü illə müqayisədə büdcə gəlirlərimiz 28.2 faiz, 2024-cü illə müqayisədə isə 17.2 faiz büdcə gəlirlərində artım müşahidə olunub.
Sədr qeyd edib ki, 2026-cı il üzrə bələdiyyə büdcəsi təxminən 745.000 manat gəlir əldə edilməsi proqnozlaşdırılsa da, hədəfimiz 800 min manatlıq büdcə gəliri əldə etməkdir. Maliyyə intizamının gücləndirilməsi, yerli gəlir mənbələrinin genişləndirilməsi və büdcə daxilolmalarının artırılması istiqamətində müvafiq tədbirlər bələdiyyə tərəfindən davam etdirilməkdədir.
BAMS-ın verdiyi imkanlardan tam şəkildə istifadə edərək hədəfimizə çatmaq üçün kollektivimiz hazırda var qüvvəsi ilə çalışır.
Belediyye.info
Rəylər
0 Rəy