Elşad Vəliyev: "Xətai bələdiyyəsi daha bir məhəllədə abadlıq işlərinə yekun vurub"
"Xətai rayonunda daha bir məhəllənin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması başa çatdırılıb” - bu fikirləri Beledyye.infoya adıçəkilən bələdiyyənin sədri Elşad Vəliyev bildirib.
Sədr
qeyd edib ki, Xətai RİH-in rayonda həyata keçirdiyi abadlıq-quruculuq işlərinə dəstək
olaraq Xətai bələdiyyəsi daim rayonda iri maliyyə tutumlu layihələrin icrasını layiqincə icra etməkdədir.
Elşad
Vəliyev açıqlmasında bildirib ki, aparılan abadlıq və yenidənqurma işləri
nəticəsində təqribən 1500 nəfər sakinin yaşadığı Xudu Məmmədov küçəsi 33
ünvanında bir hektarlıq ərazidə abadlıq, quruculuq işlərinə artıq yekun vurulub.
Beton
örtüyü salınıb, əraziyə tamet
daşlar düzülüb və 3500 kvadratmetr sahəyə yaşıl
örtük çəkilib, yeni bardürlər qoyulub. Bununla yanaşı bəzi sakinlər tərəfindən
zəbt olunmuş sahələr əhalinin ümumi istifadəsinə qaytarılıb. Ərazidə həmçinin müxtəlif növ uşaq oyun elementləri və idman
qurğuları quraşdırılıb,
bununla yanaşı kiçik tullantılar üçün zibil qutuları qoyulub. Həmçinin ərazidə müasir
işıqlandırma sistemi və təhlükəsizlik kameraları quraşdırılması da həyata keçirilib.
Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün artıq əraziyə söhbətgah və oturacaqlarda quraşdırılıb.
Sədr
sonda bildirib ki, Xətai bələdiyyəsi
olaraq bundan sonra seçicilərinə verdiyi sözü tutaraq bundan sonra vətəndaş məmnunluğunun
təmin edilməsi üçün ciddi layihələri həyata keçirmək niyyətindədir.
Belediyye.info
Rəylər
0 Rəy