Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

24-01-2026 , 19:58

429

Son xəbərlər

Bütün xəbərlər

Nazirlik videoqəbul keçirib

Gündəlik Xəbərlər
26-01-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Bu gün bələdiyyə seçkili orqan olaraq çalışır ki,...

Bu gün Nəsimi  bələdiyyəsi öz fəaliyyətini Azərbaycan  Konstitusiyasının müvafiq maddələrinə, habelə “Bələdiyyələrin statusu haqqında” Qanuna və digər normativ-hüquqi aktlara əsasən qurur. Bələdiyyə hazırda fəaliyyətini həmçinin seçicilərin  arzu və təkliflərinə, habelə bələdiyyə iclaslarında qəbul edilmiş qərarlara müvafiq olaraq həyata keçirməkdədir.

Ötən il aztəminatlı ailələrin sosial durumunun yaxşılaşdırılması, bələdiyyəyə müraciət etmiş vətəndaşlara, xüsusəndə şəhid və qazi ailələrinə maddi yardımların göstərilməsi, mədəni-xeyriyyə tədbirlərinin keçirilməsi Nəsimi bələdiyyəsi yerli sosial məsələləri daimi komissiyasının gündəlik işində başlıca yer tutub.

Bununla yanaşı rayonda həyata keçirilən irimiqyaslı layihələrə Nəsimi bələdiyyəsi də öz töhfəsini verməkdədir. Belə ki, ötən dövrdə  rayon ərazisində müxtəlif ünvanlarda irihəcmli  8 “Abad həyət” layihəsi icra olunmuşdur. Bu da ümumi büdcə gəlirinin   30 faizi deməkdir. (706.028 manat)

Ümumilikdə, 2025-ci il ərzində Nəsimi bələdiyyəsinin büdcəsindən şəhid, qazi və aztəminatlı ailələrinə maddi yardım kimi büdcə gəlirinin 117.400 manat ayrılıb.  Ümumilikdə sosial tədbirlərin keçirilməsinə və rayonda aparılan abadlıq-quruculuq layihələrinə əldə edilən vəsaitin 35 faizi xərclənmişdir.

Nəsimi bələdiyyəsinin icra aparatı hər zaman   vətəndaşların ərizə və şikayətlərinə qayğı və həssaslıqla yanaşmaqla bu müraciətlərin vaxtında və müsbət həll olunması üçün yüksək tələbkarlıq nümayiş etdirməkdədir.

2025-ci ildə Nəsimi bələdiyyəsi  il ərzində vətəndaşlardan daxil olmuş 986 müraciət qeyd edilən məsələlərə aid olub: onlardan 27 torpaq sahələrinə aid, 59  maddi yardımla bağlı, 764  dəfnlə bağlı DSMF-yə arayışların verilməsi ilə bağlı,  136 müraciət isə  digər məsələlər üzrə yəni abadlıq, yaşıllıq v.s məsələlərlə   bağlı olub.

Müraciətlərin hər birinə bələdiyyədə  baxılaraq müsbət istiqamətdə cavab verilmişdir.

Hesabat dövründə ayrı-ayrı təşkilatlardan daxil olmuş 781 məktub, müraciət, sərəncam və digər sənədlər əksər hallarda qanunvericilikdə nəzərdə tutulmuş müddətdə baxılaraq cavablandırılmışdır.

2025-ci ildə bələdiyyə rəsmiləri tərəfindən 1265 nəfər fərdi şəkildə qəbul edilmişdir. Qəbulda səsləndirilən müraciətlərin əksəriyyəti yerində baxılmaqla öz həllini tapmışdır. Bələdiyyədə fəaliyyət göstərən daimi komissiyaların üzvləri tərəfindən iş planlarına uyğun olaraq yerli əhəmiyyətli məsələlərin operativ həlli məqsədi ilə seçicilərlə mütəmadi  görüşlər keçirilmişdir.

Ötən il Nəsimi bələdiyyəsi tərəfindən 40 ümumi iclas keçirilmiş və 237 qərar qəbul edilmişdir.  İclaslarda əsasən, təmir-abadlıq işlərinin aparılması, maddi yardımların ayrılması, yaşıllıqlarla bağlı zəruri tədbirlərin görülməsi müzakirə edilmiş, komissiyaların rəy və təklifləri dinlənilmişdir.  “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanuna müvafiq olaraq protokollar Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Baş İdarəsinə göndərilmişdir.

Bununla yanaşı, yığılan rüsümlar və vergilər haqqında məlumat hər gün müvafiq şöbə tərəfindən təhlil edilməkdədir. Vergilərin ödənilməsindən yayınanlara qarşı xəbərdarlıq etməklə tədbirlərin görülməsi üçün Nəsimi Rayon İcra və Probasiya şöbəsinə 1691-dən artıq şəxs barəsində müraciət olunmuşdur. Müraciət nəticəsində icra şöbəsi tərəfindən icra olunmuş aktlar üzrə yerli büdcəyə nəzərdə tutulan vəsaitin 78 faizi  daxil olmuşdur.

Ötən dövr  ərzində  bələdiyyənin fəaliyyətində büdcənin formalaşmasına və icrasına xüsusi diqqət yetirilib. Hər il bələdiyyənin vergi bazası genişlənməkdədir. Hazırda Nəsimi bələdiyyəsinin inzibati ərazisində 43.252 vergi obyektləri mövcuddur.  Vergi ödəyiciləridən hesabat dövründə yeni 6162 ödəyicisi sistemə daxil edilmişdir.

Ötən dövr ərzində maarifləndimə işləri  də diqqət mərkəzində olub. Belə ki, “Bələdiyyə gəlirləri və yerli vergilər şöbə”sinin rəhbərliyi distant formada təşkil olunmuş hüquqi maarifləndirmə kurslarına qoşulmuş və il ərzində Bələdiyyələrlə İş Baş İdarəsinin əməkdaşları ilə yerli vergilərin uçotu, hesablanması, ödənilməsi işində səmərəliliyin artırılması mövzularında görüşlər keçirilmişdir.

Hazırda bələdiyyədə “qaynar xətt” də fəaliyyət göstərir. Gün ərzində telefon vasitəsilə daxil olan şikayət və müraciətlər qeydə alınır  və tədbirlər görülür.

Bu gün bələdiyyə seçkili orqan olaraq çalışır ki, seçicilərlə ünsiyyətini daha da genişləndirsin. Nəsimi bələdiyyəsi olaraq əhaliyə, seçicilərə bələdiyyənin fəaliyyəti haqqında ətraflı məlumatların çatdırılmasında aktiv mövqe tutur və ötən illərlə müqayisədə bu sahədə ciddi  irəliləyiş var. Nəsimi bələdiyyəsi inzibati ərazidə yaşayan vətəndaşlara və media orqanlarına illik hesabatı elan, bülleten, internet saytı və.s vasitələrlə çatdırır.

Son olaraq qeyd edim ki , Nəsimi bələdiyyəsi daim seçicilərin rəy və təkliflərini nəzərə alaraq öz fəaliyyətini onların həlli istiqamətində qurmağa çalışır. Bələdiyyənin məqsədi seçicilərin bələdiyyəyə inamını daha da artırmaqdır.

Əziz Zeynalov

Nəsimi bələdiyyəsinin sədri 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

18 yanvar onun günüdür

Bakı
17-01-2026
836